İsrail Müdafiə Qüvvələri hərbi qulluqçuları Livandan ölkənin hava məkanına daxil olan pilotsuz uçuş aparatını vurublar.
Modern.az-ın məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.
"Bir müddət əvvəl İsrail hərbi qulluqçuları "mavi xəttin" şərq hissəsində Livandan İsrailin hava məkanına daxil olan pilotsuz uçuş aparatını vurublar" - məlumatda qeyd olunub.