Goranboy rayonu ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq müştərilərə qəlyan təklif edən çay evi aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Qızılhacılı qəsəbəsindəki “Buta” çay evində müştərilərə qəlyan verildiyi məlum olub.
Xüsusi karantin qaydalarını pozan obyektin icarədarı və 2 nəfər xidmət personalı barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokol tərtib olunaraq məsuliyyətə cəlb ediliblər.