ABŞ prezidenti C.Bayden qondarmna “erməni soyqırımı” məsələsi lə bağlı söylədiyi fitnəkar fikirlərə qarşı, Azərbaynda fəaliyyət göstərən 48 siyasi partiya birgə bəyanat qəbul etmişdir. Imzalanmış bəyanatda qeyd olunmuşdur ki, ermənilər tarixi saxtarklıqlar üzərində qurduqları erməni dövlətçiliyi ilə bağlı bütün dövrlərdə müxtəlif təxribatlara əl atmışlar. Son yüz ilə ərzində erməni təbliğat maşını və onun havadarları Osmanlı imperiyasında ermənilərə qarşı soyqırımı törədildiyini sübut etməyə və bütün dünyanı buna inandırmağa cəhd göstərdikləri də bəyanatda əks olunmuşdur.
Qeyd olunmuşdur ki, tarixi faktlar obyektiv araşdırılarsa tarixi reallığın təhrif olunduğu görünəcəkdir. Erməniləri və onların havadarlarını da narahat edən budur. Çünki onların Türkiyəyə qarşı yürütmək istədikləri siyasətdə erməni yalanlarına geniş yer verilir. Məqsəd təzyiq və təhdid yolu ilə iqtisadi və siyasi maraqlarının təmin olunmasına nail olmaqdır.
Erməni təxribatçılarının əsas məqsədi “erməni soyqırımı”nı qəbul etdirməklə Türkiyədən təzminat almaqdır. Eyni zamanda, Türkiyə ərazisinin bir hissəsinin Ermənistana verilməsi kimi cəfəng tələb və iddialar irəli sürülür. Haylar hələ də Türkiyənin qərb əyalətlərini “Qərbi Erməistan” kimi təqdim edirlər.
Ermənilərin tarixi saxtalaşdırmaq siyasəti bizə tanışdır. Torpağlarımızda sığınacaq verdiyimiz ermənilər bizə qarşı da xəyanətlə məşğul olublar və təəssüf ki, onlar bu “xəstəlikdən hələ də sağala bilmirlər”. Azərbaycana köçürülən ermənilərin son yüz il ərzində törətdikləri terror və təxribatlar nəticəsində yüz minlərlə müsəlman və yəhudilər qətlə yetrilmiş və soyqırıma məruz qalmışlar. Dünyanın “gözü” hələ də “kordur”, çünki Xocalı soyqırımını dillərinə gətirmək istəmirlər.
Məlumdur ki, qondarma “erməni soyqırımı” iddiası ancaq bəzi dövlətlərin siyasi maqralarına xidmət edən bir şoudur. Hər il erməilər bundan bir siyasi biznes layihəsi kimi yararlanırlar. Tarixən dövlətçiliyi olmayan hayları erməni kilsələri idarə etmişlər. Erməni keşişləri ianə topmaq və yaxşı dolanmaq üçün həmişə bu saxtakarlıqdan yararlanıblar.
Dünya dövlətləri bir şeyi başa düşməlidilər ki, Türkiyəyə qarşı atılan istənilən addım, həm də bizə qarşı atılan addımdır. Azərbaycan dövləti və siyasi partiyaları qardaş türkiyənin haqlı mövqeyini dəstəkləyir və türkiyənin yanında olduğunu bildirir.
Çox təssüf ki, yenə də özlərini türkçü və millətçi kimi qələmə verən Azərbaycan Xalq Cəbhəsi Pertiyası və Müsavat Partiyası həmişəki kimi yenə də antimilli mövqedə durdular. Bu onların xistətinə uyğun bir addımdır.
Tamerlan Əkbərov
Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və ictimai işlər xidmətinin rəhbəri,
Nərimanov Bələdiyyəsinin komissiya sədri, fəal gənc