Modern.az

2020-ci ildə 429 sürücü işlə təmin olunub

2020-ci ildə 429 sürücü işlə təmin olunub

Aktual

28 Aprel 2021, 11:51

“2020-ci ildə 612 nəfər sürücü təlimə cəlb olunub ki, onların 429 nəfəri işlə təmin olunub”.

 

Modern.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib. V.Kərimli qeyd edib ki, 2020-ci ildə xəttə buraxılan 115 yeni avtobus 310 sürücü üçün yeni iş yeri yaradılıb:

 

“Bu həm də aylıq orta hesabla 220 000 manata yaxın gəlir deməkdir. Yeni alınacaq 320 avtobusla isə 860 sürücü yeni iş yeri yaranacaq. Bu da aylıq orta hesabla 600 000 manatdan çox gəlir anlamına gəlir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə