Modern.az

ABŞ-ın soyqırımı törətdiyi ölkələr niyə susur? - Tofiq Zülfüqarovdan ermənilərə MƏSLƏHƏT

ABŞ-ın soyqırımı törətdiyi ölkələr niyə susur? - Tofiq Zülfüqarovdan ermənilərə MƏSLƏHƏT

Aktual

28 Aprel 2021, 12:12

ABŞ prezidenti Co Bayden XX əsrin əvvəllərində Osmanlı İmperiyası ərazisində ermənilərin "soyqırımı"na uğradığını bildirib. Maraqlıdır ki, Amerika özünün Yaponiyada, Pakistanda, Əfqanıstanda, Suriyada, İraqda və digər ölkələrdə törətdiyi soyqırımlarını unudur...
Soyqırımına məruz qalan ölkələr bununla bağlı dünyaya, beynəlxalq təşkilatlara müraciət ediblərmi?


Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov siyasətdə etik normalar, həqiqət, ədalət kimi məfhumların sadəcə olaraq təbliğatda istifadə olunduğunu bildirib:


- “Erməni soyqırımı” ifadəsinin işlədilməsi və digər məsələlər  konkret maraqlar üzərində qurulmuş addımlardır. Bu hadisə ilə bağlı çox sadə izahatlar və üst-üstə düşən bir neçə faktor var. Ona görə də ABŞ indi bu mövqeyi tutur.

Ən vacib faktor Ermənistanda seçkilər ərəfəsində qərbyönümlü və Rusiyapərəst qüvvələrin arasında açıq rəqabətin başlamasıdır. Təbii ki, bu qüvvələrə dəstək yaratmaq üçün nağıllar, propaqanda streotipləri istifadə olunur. Biz çoxdan görürük ki, Ermənistan ictimaiyyəti Rusiyapərəst fikirlərdən daha çox Qərb ideologiyasına yaxınlaşır. Bu prosesi dəstəkləmək üçün müxtəlif ölkələr tərəfindən addımlar atılır.


İkinci faktor ABŞ-ın Türkiyənin siyasətindən narazı olmasıdır. Türkiyə regionda aktiv siyasi xətt həyata keçirir və bu Qarabağ müharibəsində də özünü büruzə verdi.

Bundan öncəki tarixi dövrlərdən fərqli olaraq, Türkiyə daha çox Rusiya ilə əməkdaşlığa üstünlük verir, Amerika isə bunu istəmir və təzyiq kimi müxtəlif üsullara əl atır. Əvvəl sanksiyalar tətbiq etdi, silah verilməsinin qarşısını aldı, indi isə bu köhnə mövzunu çıxarıb ortaya atır. Bu da müvəqqəti mövzudur, təsiri sıfıra bərabərdir.


Üçüncü faktor da qeyd edə bilərik ki, Amerika administrasiyası demokratlardan ibarətdir və onlar daim erməni lobbisinin təsiri altında olublar. Seçkiqabağı bir çox vədlər veriblər və onları həyata keçirmək üçün belə “bəyanatlar” yayırlar.  Bu “bəyanatlar”ın siyasi, hüquqi nəticələrinin olması mümkün deyil. Sadəcə olaraq siyasi deklarasiyadır, təbliğatdır. Bir müddət bu barədə danışılacaq, sonra isə yaddan çıxacaq. Burada hansısa ədalət axtarmaq tamamilə əsassızdır. Maraqlar var və bu maraqların icrası bu və ya digər şəkildə təmin olunur. Baydenin açıqlamasında da siyasi maraqlar göz qabağındadır. Açıq siyasi problemdir və problem ermənilərdədir, ölkələri dağılır, onlar “soyqırımı” məsələsini ortaya çıxarıblar, amma bunun gələcəyi yoxdur. Yaxşı olardı ki, ermənilər öz imkanlarını, potensialını lazımi məsələlərdə istifadə etsinlər ki, ölkə də bir ağ günə çıxsın”. 

Mehri QURBAN

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə