Modern.az

“Kənddən yeni həyata baxış”

“Kənddən yeni həyata baxış”

18 Sentyabr 2012, 16:32

“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “ Kənddən yeni həyata baxış” adlı layihənin həyata keçirilməsinə start verib.
İB-nin sədri Nailə İsmayılova bildirib ki, layihənin əsas məqsədi müxtəlif rayonların kəndlərində yaşayan gənc xanımların arasında  peşəyönümlü istiqamətdə maarifləndirmə işi aparmaq,  yerli tələbata uyğun peşələrin gənc xanımlara öyrədilməsi məqsədi ilə kursların yaradılması, gənc xanımların məşğulluq probleminin həllinə kömək, kənd yerlərinində yaşayan gənc xanımların istedadlarını üzə çıxartmaq, gənc xanımların cəmiyyətə inteqrasiyasını təmin etmək, kənd yerlərində yaşayan əlil qızların da bu layihə çərçivəsində peşələrə yiyələnmələrinə yardımçı olmaqdan ibarətdir.

Layihə məqsədinə uyğun olaraq Qəbələ və Yevlax rayonlarının kəndlərini əhatə edəcək. Layihədən ən əsas gözlənilən nəticə kənd yerlərində yaşayan gənc, işsiz, peşə təhsili olmayan xanımların müxtəlif peşələrə sahib olmaları, digər gözlənilən nəticə isə gənc xanımların məşğulluq probleminin həlli istiqamətində müəyyən addımın və töhvənin verilməsi olacaqdır.      Hazırda layihənin həyata keçirilməsi üçün hazırlıq işləri davam edir.  

Modern.az       
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?