Hindistanın paytaxtı Dehlidə COVİD-19-dan ölüm sayının artması səbəbiylə ölülərin yandırmaq üçün istifadə olunan krematoriyalar çatışmır. İnsanlar ölmüş qohumlarını yandırmaq üçün saatlarla növbə çəkirlər.
Modern.az xəbər verir ki, bu barədə BBC-nin paytaxt Dehlidəki müxbiri Vikas Pandey bildirib. Müxbir həmçinin, şəhərdəki xəstəxanaların yükünün çox olduğunu və insanların ümidsizliyə qapıldığını bildirib.
Qeyd edək ki, ölkədə cəmi 3-4 gündə aşkarlanan yoluxmanın sayı 1 milyonu keçib.
Aysel Məhərrəmova