Modern.az

BNA həftəsonu 1 manata işləyən "Ford"larla bağlı araşdırma aparır

BNA həftəsonu 1 manata işləyən

Aktual

28 Aprel 2021, 13:20

Şənbə və bazar günləri 1 manata işləyən kiçik tutumlu nəqliyyat vasitələrini bəzi daşıyıcıların himayə etməsi barədə bizdə məlumat var. Onlarla bağlı müvafiq iş aparılacaq.

 

Modern.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

 

O bildirib ki, qanunvericilikdə bununla bağlı boşluq olduğu üçün BNA hər hansı cəzalandırma metodundan istifadə edə bilmir.

 

"Biz məlumatlandırma xidməti oynayırıq. Təkliflər verilib. Yaxın zamanlarda onlarla bağlı iş aparılacaq".

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə