Modern.az

“Bütün qazilər yüksək texnologiyalı protezlə təmin ediləcək” - Agentlik SÖZ VERDİ

“Bütün qazilər yüksək texnologiyalı protezlə təmin ediləcək” - Agentlik SÖZ VERDİ

28 Aprel 2021, 14:54

“Qazilərimizin protezlərlə təminatı ilə bağlı problemin olması barədə qeyd edilənlər yanlışdır və məlumatsızlqıdan irəli gəlir”.

Bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Modern.az saytında dərc olunmuş “Polkovnik-leytenant protez problemindən DANIŞDI: “Bütün qazilər adından xahiş edirəm...”” başlıqlı yazıya cavab olaraq bildirib.

Agentliyin açıqlamasında daha sonra qeyd edilib:

“Bu sahədə, həmçinin Vətən müharibəsində xəsarət almış qazilərimizin yüksək texnologiyalı protezlərlə təminatında hər hansı çatışmazlıq özünü göstərmir. Belə ki, yüksək texnologiyalı protezlərlə təminata ötən ilin dekabrından başlanıb və artıq 16 qazi yüksək texnologiyalı protezlə təmin olunub. Bu proses davam etməklə yanaşı, yuxarı ətrafların yüksək texnolgiyalı protezlərlə təminatına da başlanıb. Aşağı və yuxarı ətrafların yüksək texnolgiyalı protezlərlə təminatı xüsusi yanaşma tələb edən prosesdir, burada amputasiya olunmuş güdülün protezləşməyə tam hazır vəziyyətə gətirilməsi üçün müəyən hazırlıq mərhələsi olur. Bu hazırlıq mərhələsi keçildikdən sonra müasir protezlə təminat həyata keçirilir. Vətən müharibəsində, hərbi əməliyyatlarda xəsarət alaraq protezləşməyə ehtiyacı yaranmış bütün qazilərimiz birmənalı olaraq ən yüksək texnologiyalı protezlərlə təmin ediləcək. Bu məqsədlə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi tərəfindən bütün müvafiq tədbirlər görülür”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir