Modern.az

Ramin Bayramlı iki məşhur xəstəxananın rəhbərini DƏYİŞDİ

Ramin Bayramlı iki məşhur xəstəxananın rəhbərini DƏYİŞDİ

Ölkə

28 Aprel 2021, 15:04

Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov işdən çıxarılıb.


Modern.az
 xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə onun yerinə Yevlax Rayon Mərkəzi Xəstəxanasının publik hüquqi şəxsin direktoru Azər İsmayılov təyin olunub.


Telman İbadov isə Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktor müavini vəzifəsinə keçirilib.

 

Digər məlumata görə, R.Bayramlının başqa bir əmrilə İlham Qafarov Bakıdakı 1 saylı Tibbi Klinik Mərkəzin (“Semaşko") direktoru vəzifəsindən azad olunub.


Bu vəzifəyə Mingəçevir Şəhər Mərkəzi xəstəxanası publik hüquqi şəxsin direktoru Könül Ələkbərov gətirilib.


1 saylı Tibbi Klinik Mərkəzin direktoru vəzifəsindən azad olunmuş İ.Qafarov direktor müavini vəzifəsinə keçirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır