Modern.az

Lavrov çağırış etdi: Müharibənin qarşısını almaq lazımdır…

Lavrov çağırış etdi: Müharibənin qarşısını almaq lazımdır…

Aktual

28 Aprel 2021, 15:22

Ukraynanın Donbas bölgəsində yaranan gərginlikdən danışan Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov müharibənin qarşısının alınmasının lazım olduğunu bildirib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya və Ukrayna arasında Donbas bölgəsi ilə bağlı gərginlik hələ də davam edir.

Lavrov Donbasda yarım milyondan çox insanın Rusiya vətəndaşlığı aldığını və silahlı qarşıdurma ehtimalının  təhlükəli nisbətlərə çatacağını vurğulayıb. Lavrov Rusiyanın Donbasa görə, Ukrayna lideri Vladimir Zelenskinin sözlərinə və hərəkətlərinə cavabdeh olmadığını da söyləyib.Qeyd edək ki, 2019-cu ilin aprelində Rusiya prezidenti Vladimir Putin Ukraynanın Donbas bölgəsində Rusiya vətəndaşlığı almaq istəyən şəxslər üçün fərman imzalayıb.


Nəzrin Vahid

 

 

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə