Modern.az

Qaxda təbiətə 6600 manatlıq ziyan vuruldu

Qaxda təbiətə 6600 manatlıq ziyan vuruldu

Aktual

28 Aprel 2021, 15:34

Qax rayonunun Zəyəm kəndindəki qəbiristanlığın ərazisində ağacların kəsilməsil ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil
olan şikayət yerində araşdırılıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı fakt təsdiqini tapıb, Qax rayonu
Zəyəm bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində 3 ağacın kəsildiyi və təbiətə 6600 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Qax rayon Prokurorluğuna göndərilib.
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə