Modern.az

İstanbulda PKK-nın terror aktının qarşısı alındı

İstanbulda PKK-nın terror aktının qarşısı alındı

Aktual

29 Aprel 2021, 00:13

PKK-nın Türkiyənin İstanbul şəhərində planlaşdırdığı terror aktının qarşısı alınıb.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işləri naziri Süleyman Soylu bildirib.

 

O, qeyd edib ki, PKK terrorçularının avtomobilin altına yerləşdirdikləri 5 kiloqramlıq partlayıcı vasitə ələ keçirilib, bununla yanaşı, 2 nəfər saxlanılıb.

 

“Bu gün İstanbul polisi çox ciddi bir qətliamın qarşısını aldı. Polisimizin avtovağzalda ayıq-sayıqlığı nəticəsində kəşfiyyatımız 5 kiloluq partlayıcını aşkar etdi. Onları yerləşdirənləri də tutdular. İki nəfər həbsdədir", - deyə nazir bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə