Modern.az

Çin ABŞ-la qarşıdurmaların qarşısını almağa çalışır

Çin ABŞ-la qarşıdurmaların qarşısını almağa çalışır

Aktual

29 Aprel 2021, 12:31

Çin suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını qəti şəkildə müdafiə edəcəkdir.

Modern.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vang Venbin deyib.

Onun sözlərinə görə, Çin ABŞ ilə münasibətlərini qarşıdurma olmadan inkişaf etdirmək üçün mümkün olan hər şeyi edir.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Konqresdəki çıxışında Çin rəhbərinə rəqabəti alqışladığını və qarşıdurma axtarmadığını, ancaq Amerikanın maraqlarını qoruyacağını söyləmişdi.

Aysel Məhərrəmova

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə