Modern.az

Ramazan ayında imanlı hərbçimizin savab əməli

Ramazan ayında imanlı hərbçimizin savab əməli

29 Aprel 2021, 13:08

Adətən bir yaxın adamımız, ailəmizin bir üzvü yola çıxanda səfərə "yaxşı yol"deyirik, evdəyiksə arxasınca su da atırıq. Bacım Kəmalə və həyat yoldaşı Qulam Əzizov Bakıdan Masallıya gedəndə yanlarında olub arxalarınca su atmasam da "yaxşı yol" demişdim. Masallının Mahmudavar kəndinə gedən bacım və həyat yoldaşı kəndə qayınatası Qəribəli kişinin 40 mərasiminə gəlmişdilər. Pandemiya şəraitinə uyğun olaraq təmtəraqlı yas mərasimi keçirilmədiyindən Qulam müəllim bacımla atasının məzarını ziyarət edib geri qayıtmaq istəyiblər. Başlarına gələn hadisə elə yolda gəlib. Bakı-Astara yolunun Cəlilabaddan keçən hissəsində-çöllük ərazidə Qulam Əzizovun idarə etdiyi "Tida"markalı avtomobildə üzü Bakıya gedərkən qəfildən nasazlıq yaranıb. Nə edəcəyini bilməyən Qulam müəllimin köməyinə arxalarında dayanan digər "Tida"nın əli qoltuqağacılı olan sürücüsü çatıb. Onların dayandığını görən həmin Natiq adlı sürücü avtomaşınını saxlayıb və biləndə ki, avtomobilin mühərrikinin kəməri qırılıb, dərhal başlayıb ora-bura zəng etməyə. Qısası, Natiq Əliyev adlı bu sürücü Bakıya-ehtiyat hissələri mağazasına bir neçə dəfə zəng etdikdən sonra "Tİda"ya lazım olan hissəni Masallıdakı mağazadan tapır. Hətta Natiq mağazadakı ehtiyat hissəni alıb avtomaşını təmir edəcək ustanı da tapır. Qulam müəllimə ustanın və mağazanın ünvanını verdikdən sonra Natiq onlara iftara tələsdiyini deyir və daha getməli olduğunu deyir. Hətta Bakıya çatanacan da bir neçə dəfə zəng edən Natiq sonda Qulam müəllimin avtomobilinin artıq düzəldiyini biləndə rahat olur.

 

Mən bacımgildən bu əhvalatı eşidəndə mütəəssir oldum və belə bir xeyirxah adamı tanıtmağı lazım bildim. Telefonla əlaqə saxladığım Natiq Əliyev söylədi ki, o da Astaradan yas mərasimindən qayıdırmış və yolda dayanmış avtomobili görüb o da dayanıb. Bildirdi ki, insanlara qarşı xeyirxah olmaq, dar məqamda köməklik etmək hamımızım borcudur. Etdiyi hərəkəti özünün insanlıq borcu olduğunu deyən Natiqin ehtiyatda olan hərbçi olduğunu, iş başında aldığı xəsarətdən hazırda təqaüddə olduğunu öyrəndim. 39 yaşlı Natiq hazırda Xırdalan şəhərində yaşadığını dedi. Və bildirdi ki, o qeyri-adi heç nə etməyib. Bu onun insanlıq borcudur.

 

Azərbaycan Milli Ordusunun təqaüddə olan hərbi qulluqçusu Natiq Əliyevin bu ibrətamiz hərəkətini mən bildimsə, yazmaya bilmədim. Ramazan ayında qarşına xeyirxah adam çıxır, iftara tələsir, amma kömək əlini uzadır. Halal olsun. Azərbaycan hərbçisi məhz belə olmalıdır və belədir də!!!

 

Aytəkin ALXASLI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə