Modern.az

Külək əsəcək, yağış yağacaq, dolu düşəcək - sabahın hava proqnozu

Külək əsəcək, yağış yağacaq, dolu düşəcək - sabahın hava proqnozu

Aktual

29 Aprel 2021, 13:18

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. 

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, aprelin 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 10-13, gündüz 18-23, Bakıda gecə 11-13, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

 

Azərbaycanın əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 11-16, gündüz 22-27, dağlarda gecə 7-12, gündüz 13-18 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoz

 

Aprelin 30-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə