Türkiyədə koronavirus (COVİD-19) pandemiyası səbəbindən elan edilən tam qapanma başlayıb.
Modern.az yerli mətbuata istinadla xəbər verir ki, lokdaun yerli vaxtla saat 19:00-dan etibarən qüvvəyə minib.
Qərara əsasən, qapanma mayın 17-si saat 05:00-dək davam edəcək.
Bu müddət ərzində Daxili İşlər Nazirliyi tərəfindən xüsusi icazə verilən şəxslər istisna olmaqla, bütün ofislər, iş yerləri bağlanacaq. Şəhərlərarası səyahətlər yalnız icazə əsasında həyata keçiriləcək. İctimai nəqliyyat isə 50 faiz gücü ilə çalışacaq.