Modern.az

Qırğızıstan-Tacikistan sərhədindəki atışmada 16 nəfər ölüb

Qırğızıstan-Tacikistan sərhədindəki atışmada 16 nəfər ölüb

Aktual

30 Aprel 2021, 08:40

Qırğızıstan-Tacikistan sərhədindəki qarşıdurmada həlak olanların sayı 16-ya çatıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, qırğız tərəfdən ölənlərin sayı 13, Tacikistan tərəfdən isə 3 nəfərdir.

Eyni zamanda qırğız tərəfdən 134 adam yaralanıb. 

Ötən gecə Qırğızstanla Tacikistan arasında qarşıdurmanın tənzimlənməsi üçün razılıq sənədi imzalanıb.

Xatırladaq ki, qarşıdurma aprelin 28-də Qırğızıstanın Batken rayonunun Kok-Taş kəndinin ərazisinə Tacikistan tərəfinin suya nəzarət etmək üçün dirəklərə videokameralar quraşdırmasından sonra başlanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə