Modern.az

Ələt azad iqtisadi zonası haqqında qanununa dəyişiklik təklif olunur

Ələt azad iqtisadi zonası haqqında qanununa dəyişiklik təklif olunur

30 Aprel 2021, 17:08

Ələt azad iqtisadi zonası haqqında qanununa dəyişiklik təklif olunur.

 

Modern.az xəbər verir ki, dəyişikliyə əsasən  Azad zona rezidenti Azad Zona səlahiyyətli qurumu tərəfindən müəyyən edilən hallar istisna olmaqla, Azad zonada sahibkarkıq fəaliyyəti ilə məşğul olmayan və orada yaşamaq üçün icazəsi olan hər hansı fiziki şəxs, eyni zamanda “Ələt azad iqtisadi zonası haqqında” qanunun qəbulundan keçən müddət ərzində (18 may 2018-ci il) Ələt Azad İqtisadi zonasının səlahiyyətli qurumun fəaliyyətə başlaması və Azad Zonanın yaradılması istiqamətində atılan praktiki tədbirlər, eləcə də qanununun tətbiqi təxrübəsi asıçəkilən qanunun təkmilləşdirilməsi zərurətini yaradıb. Qanun layihəsi Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin və bu sahədə qanunvericiliyin beynəlxaıq təcrübəyə uyğun təkmilləşdirilməsi məqsədilə hazırlanıb və özündə aşağıdakıları nəzərdə tutur:

 

Azad Zona rezidentinin anlayışının dəqiqləşdirilməsi. Bununla da Azad Zona rezidenti zahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslərlə məhdudlaşdırılacaq.

 

Cinayət yolu ilə əldə edilmiş  pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə  qarşı mübarizə haqqında Azərbaycan Respublikası qanunvericiliyinin  Azad Zonada tətbiq edilməsi

 

Azad Zona səlahiyyətli qurumunun fəaliyyətinin səmərəliliyinin tımin edilməsi üçün hüquqlarının genişləndirilməsi.

 

Azad Zonada vergitutma məsələlərinin dəqiqləşdirilməsi (buraya vergidən azadolunan subyektlərin dairəsinin məhdudlaşdırılması. İşçilərdən vergitutmanı tənzimləmək üçün  daxili qaydaların qəbul edilməsi, əsas iqtisadiyyatla vergi münasinətlərinin tənzimlənməsi  və sairə)

 

Gömrük işi ilə bağlı dəyişikliklər Azad Zonanın fəaliyyətə başlaması zamanı gömrük münasibətlərində yarana biləcək ziddiyytələrin aradan qaldırılması məqsədi daşıyır. Bunumla da Azad Zona səlahiyyətli qurumu  inzibati müəssisələri və hüquqi şəxsləri tərəfindən gətirilən və aparılan mallara, xidmətlərə işlərə gömrük rəsmiləşdirilməsi müqabilində yalnız gömrük yığımlarının tətbiqi nəzərdə tutulur.

 

Azad Zonaya investisiya qoymaq və Azad Zonadakı fəaliyyətlərindən əldə etdikləri pul vəsaitlərini məhdudiyyətsiz xaricə köçürmək hüququ, xarici valyuta ilə işləmək və əməliyyatlar aparmaq hüququ  olan şəxslərin dairəsi dəqiqləşdirilir və yalnız Azad Zona hüquqi şəxsləri onların investor və səhmdarları üçün saxlanılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir