Modern.az

Misirdə “Made in Azerbaijan” brendli məhsullarımızın təqdimatı keçirilib

Misirdə “Made in Azerbaijan” brendli məhsullarımızın təqdimatı keçirilib

Aktual

30 Aprel 2021, 17:38

Müqəddəs Ramazan ayı ərəb-müsəlman ölkələrində özünəməxsus şəkildə keçir. Əhalisinə görə ən böyük ərəb ölkəsi sayılan Misirdə isə Ramazan ayı və iftar süfrələri daha rəngarəng şəkildə bəzənir və təşkil olunur. Ölkədə bu ay ərzində nəzərdə tutulan tədbirlər də iftar abu-havası şəraitində keçirilir. 

 

Bu barədə Modern.az-a Azərbaycanın Misirdəki səfirliyindən məlumat verilib.

 

Bildirilib ki, bu il də, Covid-19 pandemiyası səbəbilə bir çox məhdudiyyətlər mövcud olsa da, Misirin tanınmış beş ulduzlu mehmanxanalarında təşkil olunan iftar süfrələri qəbul olunmuş tövsiyələrə uyğun şəkildə təşkil edilir. 

 

Bununla əlaqədar, Azərbaycanın Misirdəki Səfirliyi Misirin tanınmış beşulduzlu mehmanxanalarında biri Concorde-El-Salam mehmanxanasında “Made in Azerbaijan” brendli məhsullarımızın təqdimatını təşkil etmişdir. Bu məhsullar sırasına müxtəlif çərəzlər, qoz, fındıq, badam, bəhməz, kişmiş, qaysı, meyvə şirələri, kompotlar, mürəbbələr, bal, şəkərbura, paxlava, qablaşdırılmış çay növləri daxildir.

 

Tədbir iftar saatlarına rast gəlindiyi üçün Misir ictimaiyyəti, o cümlədən dəvət olunan iş adamları və jurnalistlər, habelə mehmanxana qonaqları tərəfindən böyük maraqla qarşılanıb

 

“Made in Azerbaijan” brendli məhsullarımızın dadı və keyfiyyəti ilə tanış olan qonaqlar tədbirdən xeyli məmnun qaldıqlarını ifadə etmişlər. Həmçinin, bu tədbir iki ölkə arasında biznes mühitinin inkişaf etdirilməsi baxımından maraq kəsb edərək, misirli iş adamlarının diqqətini cəlb edib.

 

Tədbir Misirin kütləvi informasiya vasitələrində- “Əl-Əhram”, “Əxbarul-Youm”, “Asiya Əl-Youm”, “Əl-Diplomasy”, “Rayət-Masr”, “Tahya Masr”, “Əl-Ğad”, “Məcəllə Əl-Ərəbiyyə” və sair xəbər saytlarında, həmçinin sosial şəbəkələrdə də geniş işıqlandırılıb.

 

Linklər əlavə olunur:

 

  1. //gate.ahram.org.eg/News/2704890.aspx 

  2. //m.akhbarelyom.com/news/NewDetails/3347298/1/%D8%AA%D9%86%D8%B8%D9%8A%D9%85-%D9%85%D8%B9%D8%B1%D8%B6--%D8%B5%D9%86%D8%B9-%D9%81%D9%8A-%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86--%D8%A8%D8%A7%D9%84%D9%82%D8%A7%D9%87%D8%B1%D8%A9..-%D8%A7%D9%84%D9%8A%D9%88%D9%85

  3. //www.asiaelyoum.com/94151/2021/04/29/%d8%a7%d8%ad%d8%aa%d9%81%d8%a7%d8%a1-%d8%a8%d8%b4%d9%87%d8%b1-%d8%b1%d9%85%d8%b6%d8%a7%d9%86-%d8%b9%d8%b1%d8%b6-%d9%85%d9%86%d8%aa%d8%ac%d8%a7%d8%aa-%d8%a3%d8%b0%d8%b1%d8%a8%d9%8a%d8%ac%d8%a7%d9%86/

  4. //www.aldiplomasy.com/?p=105445 

  5. //www.elghad.com/?NewsPage=192424

  6. //ta7iamasr.com/%d8%b9%d8%b1%d8%b6-%d9%85%d9%86%d8%aa%d8%ac%d8%a7%d8%aa-%d8%a3%d8%b0%d8%b1%d8%a8%d9%8a%d8%ac%d8%a7%d9%86-%d9%81%d9%8a-%d9%85%d8%b5%d8%b1-%d8%a8%d9%81%d9%86%d8%af%d9%82-%d9%83%d9%88%d9%86%d9%83%d9%88/

  7. //rayetmisr.com/2021/04/29/%d8%b9%d8%b1%d8%b6-%d9%85%d9%86%d8%aa%d8%ac%d8%a7%d8%aa-%d8%a3%d8%b0%d8%b1%d8%a8%d9%8a%d8%ac%d8%a7%d9%86-%d9%81%d9%8a-%d9%85%d8%b5%d8%b1-%d8%a8%d9%81%d9%86%d8%af%d9%82-%d9%83%d9%88%d9%86%d9%83%d9%88/

  8. //at-magazine.com/archives/35736

  9. //www.arabsvoice.com/%d8%b9%d8%b1%d8%b6-%d9%85%d9%86%d8%aa%d8%ac%d8%a7%d8%aa-%d8%a3%d8%b0%d8%b1%d8%a8%d9%8a%d8%ac%d8%a7%d9%86-%d9%81%d9%8a-%d9%85%d8%b5%d8%b1-%d9%81%d9%8a-%d9%81%d9%86%d8%af%d9%82-concorde-el-salam/ 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı