Modern.az

Dənizçilərin şəxsiyyət sənədi ilə bağlı qanuna dəyişiklik edilir

Dənizçilərin şəxsiyyət sənədi ilə bağlı qanuna dəyişiklik edilir

Aktual

30 Aprel 2021, 17:44

“Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunə”sinin təsdiq edilməsi barədə qanuna dəyişiklik təklif olunur.

 

Modern.az-ın xəbərinə görə, dəyişikliyə aşağıdakılar daxildir:

 

  1. Dənizçinin şəxsiyyət sənədi ticarət gəmiçiliyi məqsədilə istifadə edilən gəmidə dənizçinin şəxsiyyətini təsdiq edən sənəd olmaqla, sahibinə Azərbaycan Respublikasının 2006-cı il 12 may tarixli Qanunu ilə qoşulmuş Beynəlxaıq əmək təşkilatının “Dənizçilərin şəxsiyyət sənədləri haqqında”  2003-cü il tarixli 185 nömrəli Konvensiyasına uyğun olaraq işlədiyi gəmi ilə birlikdə və ya xaricdə işlədiyi gəmiyə çatmaq üçün fərdi qaydada Azərbaycandan getmək və Azərbaycana gəlmək hüququ verir.
  2. Xaricdə işlədiyi gəmiyə çatmaq üçün fərdi qaydada ölkədən gedən vətəndaş şəxsiyyət sənədi ilə birlikdə həmin gəmi heyətinin tərkibində olmasını təsdiq edən sənədi sərhəd nəzarətindən keçərkən təqdim etməlidir.
  3. Şəxsiyyət sənədi gəmidə işləyən və ya təcrübə keçən Azərbaycanda daimi yaşamaq üçün icazə almış əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə də verilir.
  4. Şəxsiyyət sənədi müstəqil xarakter daşıyır və pasport hesab olunmur.
  5. Şəxsiyyət sənədində Azərbaycan Respublikasının adı, Dövlət Gerbi, sənədin tipi, nömrəsi, sahibinin adı, soyadı vətəndaşlığı cinsi doğulduğu tarix və yer verilmə tarixi və etibarlılıq müddəti və sairə məsələlər göstərilir.
  6. Şəxsiyyət sənədində elektron daşıyıcı (çip) yerləşdirilir. Elektron daşıyıcı Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərivə və standartlarına uyğun olaraq dəyişdirilməyən məlumatlardan ibarətdir.
  7. Həmçinin şəxsiyyət sənədinin sahibi sənədi qorumalıdır. Dənizçi şəxsiyyət sənədini itirdikdə onu harada və nə vaxt itirdiyini göstərməklə bu sənədi verən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana yazılı məluçat verməlidir. Əgər dənizçi itirdiyi sənədi taparsa onu həmin quruma təhvil verməlidir.  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi