Modern.az

Bolşeviklərin postsovet məkanına 100 il əvvəl miras qoyduğu ƏRAZİ MÜBAHİSƏLƏRİ

Bolşeviklərin postsovet məkanına 100 il əvvəl miras qoyduğu ƏRAZİ MÜBAHİSƏLƏRİ

3 May 2021, 12:47

Tacikistan-Qırğızıstan sərhədində su mənbələrindən istifadə etmək üstündə yaşanan hərbi gərginlik bir daha keçmiş sovet respublikalarındakı ərazi mübahisələrini yada saldı.

 

Bolşeviklərin 1920-ci illərin əvvəllərində vətəndaş müharibəsində qalib gəldikdən sonra Rusiya imperiyasının periferiyalarında yerləşən müstəqil dövlətləri işğal etməsilə yerlərdə milli respublikalar arasında yeni sərhədlər cızmağa başlandı.


Sərhədləri müəyyənləşdirərkən bolşeviklər ərazilərdə yaşayan milli və etnik tərkibi deyil, iqtisadi faktoru əsas görürürdü. Bəzi hallarda isə tarix boyu imperiyaların əl atdığı “parçala, hökmranlıq et” prinsipi ilə gələcəkdə üzə çıxacaq süni münaqişə ocaqlarının əsasını qoyulurdu. 70 il aparılan bu siyasət nəticəsində keçmiş sovet respublikaları 1991-ci ildə Sovet İttifaqının süquta uğrayandan sonra qarşılıqlı milli və ərazi mübahisələri ilə üzləşdi. Beləliklə, totalitar kommunist rejiminin 1920-ci illərdə ərazi mübahisələri formasında qoyduğu “minalar” 70 il sonra partlamağa başladı.


Uzunluğu 630 kilometr olan Tacikistan-Qırğızıstan sərhədində 40-a qədər ayrı-ayrı mübahisəli sahə mövcuddur. Hələ 1920-ci illərdə müəyyənləşdirilmiş və yerlərdəki etnik, milli tərkibi nəzərə almayan sərhəd bölgüsü respublikalar müstəqillik əldə etdikdən sonra kəskinləşib.


Fərqanə vadisinin Qırğızıstana məxsus hissəsində Tacikistana məxsus 2 böyük anklavın (Vorux və Kalaça) olması da əlavə gərginlik faktorudur.

 
Hazırda keçmiş sovet respublikalarından Gürcüstanın Cənubi Osetiya, Abxaziya, Moldovanın Dnestryanı, Ukraynanın Donetsk və Luqansk kimi açıq hərbi toqquşma səviyyəsinə keçən və “dondurulmuş” sayılan ərazi münaqişlələri var.


Azərbaycan Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağ və ətraf ərazilərin böyük qismini azad edərək, bu münaqişəni yaxın illərdə faktiki həll edəcək. Amma bu, postosovet məkanında bolşeviklərin əsasını qoyduğu süni münaqişənin həllinə dair yeganə uğurlu nümunə sayıla bilər.


Sovet İttifaqının yarandığı ilk illərdə əsası qoyulan və müstəqillik dövründə mübahisə doğuran ərazilər sırasında Gürcüstanın Azərbaycan ərazisində yerləşən "David Qareci" monastır kompleksinə iddiasını,  Rusiya Federasiyasının tərkibinə daxil olan İnquşetiyanın qonşu Şimali Osetiyanın Priqorodnı rayonuna iddiasını, həmçinin, Estoniyanın Rusiyanın Pskov vilayətinin Peçorsk rayonuna və sərhəddə yerləşən Narva çayının sağ sahilinə iddialı olmasını əlavə etmək olar.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı