Arxiv
4 May 2021, 08:58 | İQTİSADİYYAT
Azərbaycan turizmini nələr gözləyir? - Yeni mövsüm BAŞLAYIR

Yay fəslinin gəlişi ilə əlaqədar Azərbaycanda yeni turizm mövsümü başlayır. 2020-ci ildə pandemiya ilə əlaqədar ciddi geriləmə yaşayan turizmi bu il nələr gözlədiyi hər kəsin müzakirəsinə səbəb olub.


Bu barədə Modern.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli söyləyib ki, qonşu ölkələrlə sərhədlər açılsa belə, bəzi texniki əngəllər mövcuddur: 


“COVID-lə bağlı  məsələlər ciddi şəkildə nəzarət altına alınacaqsa, sərhədləri özümüz tərəfdən aça bilərik. Açsaq belə, bəzi texniki  əngəllər mövcuddur. Xarici dövlətlərin səyahət qadağaları var. Ölkəmizdə bu il iyun ayında futbol üzrə Avropa Çempionatının qrup mərhələsinin oyunu keçiriləcəyi üçün sərhədlər açılmalıdır. Buna görə həm pandemiya , həm də postpandemiya işlərinə görə hazırlıqlar görülməlidir. Postpandemiya dövründə turizm bazarı uğrunda indidən mübarizə aparmaq, özümüzə yer tutmaq üçün aviasiya daşımaçılığı sahəsində müəyyən dəyişikliyə ehtiyac  duyulur. Azərbaycanda xarici şirkətlərin, əsasən də türkiyəli iş adamlarının fəaliyyət göstərməsinə şərait yaradılmalıdır”.


Natiq Cəfərli ölkəmizdəki bəzi hava limanlarının fəaliyyət göstərmədiyini də  qeyd edib:

“Ölkəmizdə bəzi hava limanları var ki, tikildikdən sonra heç bir uçuş həyata keçirilməyib. Qəbələ, Zaqatala, Lənkəran hava limanları fəaliyyət göstərmir. Heç olmasa, həmin hava limanlarında digər şirkətlərin fəaliyyətinə icazə verilsə və birbaşa uçuşlar həyata keçirilsə, biletlərin qiymətində  kəskin  ucuzlaşma  olacaq. Biz bunu Gürcüstanda da rəqabətli mühit yaranan zaman biletlərin qiymətinin ucuzlaşmasında gördük. Elektron vizaların da asanlaşması və Avropa Birliyi ölkələri - Amerika, Yaponiya, Britaniya  vətəndaşlarının vizasız gediş-gəlişi üçün  asan şərtlərin irəli sürülməsi yaxşı olar. Turizm bazarında çox pul xərcləyən və varlı kəsimə də yönəlik viza məhdudiyyətinin aradan qaldırılmasında yarar var. Yerli infrastrukturun yaxşılaşdırılması və  hotellərdə rəqabətli mühitin yaradılması, qiymətlərin aşağı salınmasına ehtiyac var.

Bu sahədə uğurlu işlər görmək üçün şərait dəyişib. Məsələn, işğaldan azad olunmuş torpaqlara tarixi turizm səfərlərinin- abidələrin ziyarəti üçün turizm marşrutlarının təşkili üçün şərait yaranıb. Kompleks tədbirlər görülsə düşünərəm ki, Azərbaycanın turizm potensialının yüksəlməsi üçün şərait var. İşlərin doğru qurulması və əlaqəli şəkildə fəaliyyət bu sahədə uğurların əldə olunmasına, gəlirlərin artmasına səbəb olacaq”. 

Humay İsgəndərova

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Samirə Əfəndi “Avroviziya”nın finalında - VİDEO 19 May 2021, 00:57 Abşeronda maşın aşdı - ölən və yaralananlar var - FOTO 19 May 2021, 00:49 BMT Təhlükəsizlik Şurası razılığa gələ bilmədi 19 May 2021, 00:38 Tacikistanda üç uşaq diri-diri torpağın altında qaldı - FOTO 19 May 2021, 00:22 Almaniyada piyada körpüsü çökdü - ölən və xəsarət alan var 19 May 2021, 00:09 “Yayılan görüntülər montajdır və mənə qarşı atılan böhtandır” – Mahir Abbaszadədən AÇIQLAMA 19 May 2021, 00:04 “Beşiktaş” Türkiyə kubokunu da qazandı 18 May 2021, 23:51 Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol qəzası 18 May 2021, 23:40 “Avroviziya”nın birinci yarımfinalı başlayıb 18 May 2021, 23:25 Bakıda piyadanı maşın vurub öldürdü - FOTO 18 May 2021, 23:11 Nijni Novqoroddan Bakıya birbaşa uçuşlar başlayır 18 May 2021, 22:58 Güləşçilərimiz Avropa çempionatında daha 3 medal qazandı - FOTO 18 May 2021, 22:44 Bakıda bir nəfər özünü dənizə atdı 18 May 2021, 22:33 Cəbrayıl Hacıyev Avropa çempionu oldu 18 May 2021, 22:20 Sahibə Qafarova İtaliyanın dövlət katibi ilə görüşdü 18 May 2021, 22:13 Qaradağ Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib 18 May 2021, 22:04 Goranboyda dəhşətli HADİSƏ 18 May 2021, 22:02 Abşeronda yol qəzası - xəsarət alanlar var 18 May 2021, 21:53 Türkiyədə yoluxanların sayı artdı, ölənlər azaldı 18 May 2021, 21:42 Neft yenidən ucuzlaşır 18 May 2021, 21:27 “Çernomor”u canlandıran rus aktyor vəfat etdi 18 May 2021, 21:13 "Zərifə Əliyeva" gəmisi gələn il istismara veriləcək 18 May 2021, 21:02 Ukraynanın səhiyyə naziri istefaya göndərildi 18 May 2021, 20:49 Ter-Petrosyan parlament seçkilərinə qatılır 18 May 2021, 20:33 Ceyhun Bayramov Türk Şurasının baş katibi ilə danışdı 18 May 2021, 20:20 Sahibə Qafarova İtaliya Senatının sədri ilə görüşdü 18 May 2021, 20:11 Milli Məclisin nümayəndə heyəti Romada Nizami Gəncəvinin abidəsini ziyarət edib - FOTO 18 May 2021, 20:03 Azərbaycanla Belarus hərbi-texniki əməkdaşlığı müzakirə edib 18 May 2021, 19:39 Bakı yollarında sıxlıq 30-dan çox avtobus tıxacda qalıb 18 May 2021, 19:21 Bu xəstəxananın vəzifəli şəxslərinə cinayət işi AÇILDI 18 May 2021, 19:02 Azərbaycanla Rusiya pomidor qadağasını müzakirə etdi 18 May 2021, 18:52 Teledərslərin mayın 19-na olan cədvəli 18 May 2021, 18:50 Qaradağ Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib 18 May 2021, 18:38 Gömrükdə rüşvət alan vəzifəli şəxslər saxlanıldı - ADLAR 18 May 2021, 18:21 Manatın sabah olan məzənnəsi açıqlandı 18 May 2021, 18:04