“Sosial şəbəkələrdə təhqirə, söyüşə yol verənlərin birmənalı şəkildə cinayət məsuliyyətinə cəlb edilməsini tələb edirik”.
Modern.az xəbər verir ki, bunu deputat Razi Nurullayev parlamentdə çıxış edərkən bildirib.
O qeyd edib ki, onlar ağına-bozuna baxmadan hamını ağır şəkildə təhqir edirlər:
“Yaydıqları videodan da bu faktlar aydın görünür. Həmin şəxslər cinayət məsuliyyətinə cəlb edilməlidir. Çoxu da xaricdə fəaliyyət göstərir. Onların həbsi üçün siyasi danışıqlar aparmaq lazımdır”.