Modern.az

Siyavuş Novruzov: “Guya, erməni fərarilər cinlərdən qorxub”

Siyavuş Novruzov: “Guya, erməni fərarilər cinlərdən qorxub”

4 May 2021, 11:48

"Ermənilər bu yaxınlarda televiziyalarının birində keşişi efirə çıxarıb sübut etməyə çalışırdılar ki, İkinci Qarabağ savaşında Azərbaycan tərəfdən cinlər savaşıb”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Siyavuş Novruzov deyib.

Deputatın sözlərinə görə, keşiş efirdə inandırmağa çalışıb ki, erməni fərarilər cinlərdən qorxub qaçıb:

“Görün, biz kimlərlə savaşmışıq. 10 minlərlə fərarisi olan ölkə bunu cinlərlə əlaqələndirməyə çalışır. Bu qələbəni Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu, Azərbaycan əsgəri qazanıb. Bu müharibədə Azərbaycan bütün müharibə qanunlarına uyğun hərəkət edib”.

S
piker Sahibə Qafarova isə deputata cavabında bunları deyib:

"Ermənilər nə qədər səfeh-səfeh danışsalar, o qədər yaxşıdı".

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi