Modern.az

Məzahir Pənahov Belarusda seçkiləri izləyəcək

Məzahir Pənahov Belarusda seçkiləri izləyəcək

20 Sentyabr 2012, 18:14

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Belarusda parlament seçkilərinə müşahidəçilik edəcək. Bu barədə Modern.az-a MSK-nın media və ictimai əlaqələr şöbəsinin müdiri Azər Sarıyev məlumat verib. Onun sözlərinə görə, Məzahir Pənahovun başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 21-dən 24-dək Belarus Respublikasında səfərdə olacaq. Səfərin məqsədi sentyabrın 23-də Belarus parlamentinə keçiriləcək seçkilərdə müşahidəçilik etməkdir.

“Səfər Belarus Mərkəzi Seçki Komissiyasının sədri və beynəlxalq təşkilatların dəvəti ilə həyata keçirilir. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası sədrinin Belarus MSK-nın sədri və digər rəsmi şəxslərlə görüşləri də planlaşdırılır”. Qeyd edək ki, Azərbaycan MSK-nın təmsilçiləri ATƏT və MDB Müşahidə missiyalarının tərkibində də sözügedən seçkiləri izləyəcəklər. 

S.İltifatqızı  
Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi