May ayının 5-də Qubanın Xınalıq kəndinə qar yağıb.
Kənd sakinlərinin Modern.az-a verdiyi məlumata görə, gecə saatlarında yağan intensiv yağışı səhər saatlarında qar əvəz edib.
İndi yerdə 5 sm-ə yaxın qar var və yağmaqda davam edir. Xınalıqlılar may ayında qar yağmasını nadir hadisə hesab etməsələr də bildirirlər ki, havanın qeyri-sabit keçməsi hər hansı problem yaratmayıb.
Aytəkin ALXASLI