Modern.az

Gürcüstanın Baş naziri Azərbaycana gəldi

Gürcüstanın Baş naziri Azərbaycana gəldi

Aktual

5 May 2021, 12:15

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mayın 5-də Azərbaycan Respublikasına səfərə gəlib.

 

Modern.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

 

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hava limanında Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.


Səfər çərçivəsində Qaribaşvili Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməlidir. Onun Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova ilə də görüşləri planlaşdırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə