Modern.az

Qənirə Paşayevaya "İlin ən yaxşı millət vəkili" oldu

Qənirə Paşayevaya "İlin ən yaxşı millət vəkili" oldu

21 Sentyabr 2012, 11:47

Millət vəkili Qənirə Paşayevaya Avropa Qəzetçilər Dərnəyinin Türkiyənin Antalya şəhərində keçirdiyi tədbirdə "İlin ən yaxşı millət vəkili", Türk xalqlarının birləşməsi və inkişafı naminə xidmətlərinə görə Türk Dünyasına Xidmət xüsusi mükafatı  təqdim edilib.

Avropa Qəzetçilər Dərnəyinin Azərbaycan bölməsinin rəhbəri Afaq Fərzəlibəyovanın bildirdiyinə görə, Avropa Qəzetçilər Dərnəyi 11-ci Mediya Ödülləri, İlin ən yaxşıları Mediya Ödülləri ilə bağlı keçirilən tədbirdə Qənirə Paşayeva Türk xalqlarının birləşməsi və inkişafı naminə xidmətlərinə görə Türk Dünyasına Xidmət xüsusi mükafatı ilə təltif olunub. Qənirə Paşayave mükafata görə təşəkkürünü bildirib və  bu ödülün onun üçün çox böyük dəyər daşıdığını söyləyib və təşkilatçılara təşəkkür edib. O, bildirib ki, bu mükafatı özünün Türk dünyası sevdası, duyğu, düşüncə və əməlləri ilə Türk gəncliyinə böyük örnək olan, yol göstərən Türk dünyasının böyük dövlət adamlarını, liderlərini, aydınlarını, şəhidlərini rəhmət və sayğı ilə anaraq, onların ruhları qarşısında baş əyərək alır. Mükafatlandırma mərasimində digər azərbaycanlı deputat Ceyhun Osmanlı da "ilin millət vəkili", Türkiyənin ölkəmizdəki keçmiş səfiri Hulusi Kılıç Azərbaycanda göstərdiyi xidmətlərə görə "ilin səfiri", Gülnarə Xəlilova "ilin modelyeri", Taleh İmanov "ilin gənc iş adamı", Tünzalə Ağayeva "ilin azərbaycanlı sənətçisi"  adına layiq görülüb.
Mail Ağaxanov
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi