Modern.az

Rektor Şəhid məzunun ailəsini ziyarət edib

Rektor Şəhid məzunun ailəsini ziyarət edib

Aktual

5 May 2021, 18:00

On bir ayın sultanı Ramazan həm də savab, xeyirxah əməllər ayıdır. Bu ənənəyə sadiq qalan Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov, universitetin Sosial məsələlər üzrə prorektoru, şəhid atası, dosent Kamran Kazımov bu gün LDU-nun  İqtisadiyyat fakültəsinin 2020-ci il məzunu, 44 günlük Vətən Müharibəsində qəhrəmanlıqla Şəhid olan Lerik rayonun Çayrud kənd sakini Cavanşir Həmidovun ailəsini ziyarət ediblər.

 

Modern.az xəbər verir ki, Şəhid məzunun ailə üzvləri, doğmaları ilə görüşən rektor Natiq İbrahimov qəhrəman şəhidimizin ruhuna rəhmət, valideynlərinə isə  Allahdan səbr diləyib. Belə igid oğulların bütün Azərbaycanın fəxri olduğunu deyib, xatirələrinin daima yaddaşlarda yaşayacaqlarını bildirib.

 

Şəhidin adını daşıyan ev-muzeyi ilə tanışlıqdan sonra Cavanşir Həmidovun Çayrud kəndindəki  məzarı ziyarət olunub.

 

Şəhidin atası Namiq Həmidov oğlunun xatirəsini yad etdiklərinə görə universitet rəsmilərinə ailə üzvləri adından minnətdarlıq bildirib.Şəhid atası onunla eyni ağrını paylaşan Kamran Kazımova oğlu Vüsalın şəhid olmasına görə də başsağlığı verib, vətənə dar gündə sipər olan oğullarla qürur duyduqlarını dilə gətirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə