Modern.az

Qərbi Azəri platformasında hasilat bərpa edildi

Qərbi Azəri platformasında hasilat bərpa edildi

Aktual

6 May 2021, 11:35

Qərbi Azəri platformasında hasilat bərpa edilib.

 

BP-dən Modern.az-a verilən məlumata görə, platformada 2021-ci il aprel ayının 22-də başlanmış 15 günlük planlaşdırılmış profilaktik işlər proqramı təhlükəsiz şəkildə və uğurla başa çatıb.

 

Proqramda nəzərdə tutulmuş bütün işlər - inspeksiya və layihə işləri vaxtından əvvəl – mayın 4-də uğurla tamamlanıb və platformadan hasilat başlanıb. Hazırda hasilatın tədricən normal səviyyəyə çatdırılması plan üzrə davam edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə