Hövsan şosesinin Hövsan qəsəbəsi, Naximov Yaşayış Massivindən keçən hissəsində cib tipli avtobus dayanacaq məntəqələri və nizamlanan piyada keçidi təşkil edilib.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Modern.az-a verilən məlumata görə, keçid yaxınlıqda sıx məskunlaşmanın, ictimai-iaşə obyektlərinin olduğunu nəzərə alaraq, piyadaların, sərnişinlərin, o cümlədən əlilliyi olan şəxslərin rahatlığının, təhlükəsizliyinin, əlçatanlığının təmin edilməsi məqsədi daşıyır. Nəticədə, dayanacaq məntəqələrində pavilyonlar quraşdırılıb, panduslar inşa edilib, piyada keçidlərinin nizamlanması məqsədilə çağırıcı qurğu ilə idarə olunan svetoforlar təşkil edilib.
Rəsmi məlumata görə, görmə üzrə əlilliyi olan şəxslərin rahatlığı üçün panduslarda hissediləbilən döşəmələr, svetoforlarda isə səs qurğuları yerləşdirilib.