Arxiv
7 May 2021, 12:40 | TƏHSİL
Distant təhsil: 65% şagirddə görmə problemi yaranıb, 6-14 kiloqram kökəlmə olub - PROBLEM

Artıq bir ildən çoxdur ki, Azərbaycanda pandemiya şəraiti ilə əlaqədar təhsil əyani formadan distant formaya keçirilib. Hazırlıq olmadan onlayn təhsilə keçid təbii ki, xeyli çətinliklər yaratdı. İnternetin zəif olması, planşet və kompüter çatışmazlığı, sistemin çox yüklənməsi distant təhsilə təsirsiz ötüşmədi. Bu reallıqdır ki, Azərbaycanda tədrisin distant formaya keçirilməsi ilə şagirdlərin dərslərdə davamlı iştirak, məsuliyyətli və mövzulara hazır olma səviyyəsi aşağı düşüb.  

Maraqlıdır, şagirdlərin distant təhsilə adaptasiya olması və məsuliyyətli davranması üçün hansı addımlar atılmalıdır?


Modern.az
-ın bu sorğusunu təhsil eksperti Kamran Əsədov cavablandırıb.  


K.Əsədovun sözlərinə görə, məsafədən təhsil zamanı keyfiyyətin aşağı düşməməsi üçün distant təhsil haqqında qanun layihəsi hazırlanmalıdır:


“Hazırda 4447 orta ümumi təhsil məktəbimizdə 1,6 milyon şagird təhsil alır. Etiraf edək ki, ənənəvi təhsildə individual yanaşma var idi və şagirdlər auditoriya mühiti, dərsdə iştirak, davamiyyət, dərsə hazırlıq məsələsində daha məsuliyyətli idilər. Məsafəli təhsil zamanı nəzərə alsaq ki, valideyinlər evdə olmurlar. Şagirdlər də bundan sui-istifadə edirlər və keyfiyyətli təhsil aşağı düşür. Pandemiya dövründə təhsil səviyyəsinin aşağı düşməsini dekabr ayında nazirlik tərəfindən keçirilən milli qiymətləndirmədə də müşahidə olunur.

Digər tərəfdən isə şagirdlərin hamısı məsafədən tədrisdə iştirak etmir. Çünki şagirdlərin hamısının komputeri, planşeti, telefonu yoxdur.

Bakı və Abşeron, Sumqayıtda 75%, regionlarda isə dərslərə qoşulma 50% ətrafındadır. Keyfiyyət məsələsinin artması, kənar müdaxilələrin aradan qalxması məsələsinə gəldikdə isə mütləq şəkildə distant təhsilin təşkili qaydaları müəyyənləşməlidir. Şagird hansı qaydalara əməl etməli olduğunu biləcək. Bununla bağlı ayrıca qanun layihəsi olmalıdır.

Azərbaycanda bir ildən çoxdur təhsil məsafədən tədris olunur, amma hələ də bununla bağlı qanun qəbul edilməyib. Yəni Azərbaycanda distant təhsil haqqında qanunun olmaması sui-istifadə hallarına ciddi şəkildə yer verir. Digər tərəfdən isə proqram təminatı olmalıdır. Bu proqram çərçivəsində hər dərsin sonunda şagirdin mövzuya qulaq asıb-asmadığını müəyyənləşdirmək olar. Dərslərdə məsuliyyət hissinin artırılması üçün nəticəyönümlü olmalıyıq. Təəssüflər olsun ki, hazırda məsuliyyət hissi, hesabatlıq və nəticəyönümlük yoxdur”.


Ekspert distant təhsil zamanı şagirdlərdə yaranan problemlərə toxunarkən 65% şagirddə görmə problemi yarandığını qeyd deyib:

“Təhsil Xidmətləri Araşdırma Mərkəzi pandemiya dövründə şagirdlərin tədrisdə iştirakının nəticələrini araşdırıb. Bu araşdırma nəticəsində məlum oldu ki, ən birinci problem ibtidai sinif şagirdlərinin mövcud ənənəvi vaxtla müqayisədə 50%-ə qədər mövzunu qavraya bilməməsidir. Yəni ibtidai sinifdə oxuyan şagird normalda bir dəqiqə ərzində 40-50 söz oxuyurdusa, indi həmin sürət 4-5 sözə qədər enib.

İkinci problem isə saatlarla monitor arxasında qaldıqlarına görə 65% şagirddə görmə problemi ortaya çıxıb. Əgər məktəbdə onlar normal parta arxasında otururdularsa, indi fərqli stullarda əyləşərək onurğa sütunlarını əyirlər. Eyni zamanda, hərəkətsizlik də şagirdlərdə 6-14 kiloqram çəki artımı yaradıb. Ünsiyyət problemi ortaya çıxıb.

Bir sözlə, pandemiya dövründə təhsil nə qədər əlçatan olsa belə, şagirdlərin fiziologiyasında, psixologiyasında kifayət qədər ciddi problemlər yaradıb”.

Fidan İlqarqızı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şamaxıda zəlzələ oldu 21 İyun 2021, 00:59 Simonyanın uşaqları türkləri öldürməyə çağırdı - VİDEO 21 İyun 2021, 00:52 Bakıda piyadanı maşın vurub öldürdü 21 İyun 2021, 00:41 Köçəryanın bloku İrəvanda liderlik edir 21 İyun 2021, 00:27 Ermənistanda seçki pozuntuları barədə prokurorluqdan açıqlama 21 İyun 2021, 00:20 Zuber Bakıda Altıntopun rekordunu yenilədi 21 İyun 2021, 00:06 17 yaşlı qız məzun gecəsində bıçaqlandı 20 İyun 2021, 23:53 Batmaqda olan 11 nəfər xilas edildi 20 İyun 2021, 23:42 Ermənistanda seçkilərin ilkin nəticələri AÇIQLANDI 20 İyun 2021, 23:27 Türkiyədə daha 63 nəfər virusdan öldü 20 İyun 2021, 23:13 Formula 1 üzrə Fransa Qran Prisinin qalibi müəyyənləşdi 20 İyun 2021, 22:59 Paşinyanın partiyası liderlik edir - YENİLƏNİB 20 İyun 2021, 22:46 ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır 20 İyun 2021, 22:39 Şenol Günəşi istefaya çağırdılar 20 İyun 2021, 22:26 Teymur Rəcəbov səkkizinci oldu 20 İyun 2021, 22:10 Türkiyə millisi yenə uduzdu 20 İyun 2021, 21:55 Azərbaycan millisi Avropa çempionu oldu 20 İyun 2021, 21:48 Gəncədə piyadanı maşın vurdu 20 İyun 2021, 21:37 Bakıda yol qəzası - xəsarət alanlar var 20 İyun 2021, 21:21 Cüdoçularımız Avropa kubokunda 3 medal qazandı 20 İyun 2021, 21:04 "Ermənistan qonşularına ərazi iddialarını dayandırmalıdır" - Çavuşoğlu 20 İyun 2021, 20:50 Van Damm Azərbaycan milli rəqsini oynamağı öyrənir – VİDEO 20 İyun 2021, 20:34 Ermənistanda səsvermə başa çatıb 20 İyun 2021, 20:20 İsraildə Ermənistan əleyhinə aksiya keçirildi - FOTO 20 İyun 2021, 20:13 Bakıda Türkiyə-İsveçrə matçı başladı 20 İyun 2021, 20:01 Dövlət qulluğu və doktoranturaya bugünkü qəbul imtahanları başa çatdı 20 İyun 2021, 18:08 Kənd müəllimindən unikal addım - Təhsilsiz valideynlərə dərs keçəcək 20 İyun 2021, 17:58 FİFA prezidenti Bakıya gəlir 20 İyun 2021, 17:44 Tovuzda qəza: iki minik avtomobili toqquşdu 20 İyun 2021, 17:30 İranda təyyarə qəzası: ölənlər var 20 İyun 2021, 17:19 Bakıda mağaza yandı 20 İyun 2021, 17:08 XİN rəhbərindən sərhəd məsələsinin üçün YENİ TƏKLİF 20 İyun 2021, 16:59 Bakıdakı toz dumanı normadan beş dəfə çox artdı 20 İyun 2021, 16:51 Ceyhun Bayramov Şuşa Bəyannaməsindən danışdı: "Uzun illər danışılacaq" 20 İyun 2021, 16:43 Vaksinasiyadan keçənlərin bu günkü statistikası 20 İyun 2021, 16:30
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?