Modern.az

Təhsil naziri ibtidai sinifdə oxuyanlar üçün ən yaxşı məktəbləri göstərdi

Təhsil naziri ibtidai sinifdə oxuyanlar üçün ən yaxşı məktəbləri göstərdi

Aktual

8 May 2021, 16:57

“İbtidai sinifdə oxuyan şagird üçün evinizə yaxın məktəb ən yaxşı məktəbdir”.

Modern.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev canlı yayımda vətəndaşların suallarını cavablandırarkən deyib. Nazir bildirib ki, Bakıda, Sumqayıtda o cümlədən digər bölgələrdə bütün məktəblərdə əlaçı şagirdlər də, nisbətən aşağı qiymət alanlar da oxuyur:


“Ona görə, hər yerdə oxumaq mümkündür. Şagirdin ibtidai təhsili öz evinin yanında oxuması yaxşıdır. Evdə valideyn hansı dildə danışırsa, övladını da həmin dildə olan məktəbə qoyması məsləhətdir. Şagird ibtidai sinifdə dərsi daha yaxşı anlaya bilir. Evdə hər gün şagirdin nə öyrənməsini soruşmaq, ona dəstək olmaq, müzakirə aparmağın faydası çoxdur”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?