Modern.az

Milli Məclisin deputatı Malik Həsənov seçicilərlə görüşüb - FOTOLAR

Milli Məclisin deputatı Malik Həsənov seçicilərlə görüşüb - FOTOLAR

Aktual

8 May 2021, 18:17

Milli Məclisin deputatı Malik Həsənov pandemiya qaydaları çərçivəsində seçicilərlə ənənəvi görüş keçirib.

 

Modern.az xəbər verir ki, qəbulda iştirak edən  seçicilərin bir qismi şəhid və qazi ailələri olub.

 

Milli Məclisin deputatı Malik Həsənov dövlətin bu kateqoriyadan olan insanlara diqqət və qayğısından geniş bəhs edərək bildirib ki, ölkə Prezidenti  İlham Əliyevin son Fərman və sərəncamları bu diqqətin bariz nümunəsidir.

 

Görüşdə seçicilərin problemləri dinlənilib. Müəyyən qismi elə ilk anında  öz həllini tapıb. Digər məsələlərin həlli üçün  aidiyyatı qurumlar qarşısında müvafiq tapşırıqlar qoyulub.

 

Ümumilikdə  qəbulda 46 seçici  iştirak edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR