Modern.az

Marsda yeni əraziyə ilk uçuş oldu

Marsda yeni əraziyə ilk uçuş oldu

Aktual

8 May 2021, 21:14

“Ingenuity” adlı helikopter Marsın səthində ilk dəfə yeni əraziyə uçuş edib.

 

Modern.az xəbər verir ki, məlumatı Amerika Milli Kosmik Araşdırma Agentliyi (NASA) yayıb.

 

Bildirilib ki, uçuş ABŞ-ın şərq sahilindən başlayıb, 108 saniyə davam edib. Helikopter 10 metr hündürlüyə qalxıb, 129 metr uçuş reallaşdırıb.

Helikopter enişdən əvvəl fotoşəkillər çəkib. Bu, helikopterin Marsa 5-ci uçuşudur. “Ingenuity” əvvəlki 4 uçuşdan sonra start yerinə qayıdıb (report).

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR