Modern.az

\"Bir-birini təkrarlayan qurumlar var\" - Nazirliklər və komitələr BİRLƏŞDİRİLİR

\

9 May 2021, 16:10

Azərbaycanda yaxın günlərdə idarəetmədə ciddi struktur islahatlarının aparılacağı gözlənilir.

 

Belə ki, ölkədə 17 nazirliyin (Daxili İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi) 11 nazirlikdə birləşdiriləcəyi iddia edilir.

 


Bununla bərabər, məlumatda qeyd edilib ki, hazırda Nazirlər Kabinetinin tərkibində olan 7 komitədən (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Statistika Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi) isə 3 komitə saxlanılacaq, digər komitələr də nazirliklərə birləşdiriləcək.

 


Sözügedən iddia ilə çıxış edən bakupost.az saytının daha bir məlumatında isə artıq islahatlarla bağlı nazirliklərə təlimatların verildiyi və birləşdirilmə prosesinə hazırlıq getdiyi vurğulanıb.

 


Yayılan məlumat haqqında Modern.az-a danışan deputat Fazil Mustafa məlumatın dəqiq olmadığını qeyd etməklə bərabər mümkünlüyünü də istisna etməyib:

 


“Təbii ki, bu cür birləşdirmə mümkündür. Ayrı-ayrı nazirliklərin bir-birinə birləşdirilməsi gözləniləndir. Amma bu məsələ dəqiq olmadığı üçün nə dərəcədə həqiqətə uyun olduğunu araşdırmaq lazımdır.

 

Ümumilikdə isə struktur islahatı hər zaman keçirilməlidir və bu, vacibdir. Ən inkişaf etmiş ölkələrdə belə nazirlik sayı 12-13 rəqəmini keçmir. Komitələrin sayı da bu şəkildə tənzimlənir. Ona görə, süni şəkildə şəxslərə görə vəzifələrin çoxaldılması prinsipindən əl çəkmək lazımdır. Eyni qaydada dövlət idarələri və agentliklər də bu qəbildəndir. Bir-birini təkrar edən kifayət qədər qurum var. Azərbaycan o qədər böyük ölkə deyil, əsas effektiv çalışmadan söhbət gedir. Ərazimiz Alyaskadan başlayıb, Luizianada, yaxud Kamçatkadan başlayıb, Kalininqradda bitmir ki?! Kiçik bir ərazi üçün daha çevik idarəetmə üzərində düşünmək lazımdır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür