Xarici İşlər naziri Mövlud Çavuşoğlu, İsrailin Məscidül-Əqsadakı zorakılığına qarşı Fələstinin yanında olacağını bildirdi.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çavuşoğlu twitter hesabındakı paylaşımında İsrailin Məscidül-Əqsadakı günahsız insanlara qarşı terrorunun bitmədiyini bildirib.
Çavuşoğlu Fələstinli qardaşlarının səsi olacaqlarını və onların haqlarını müdafiə edəcəklərini qeyd edib.
Nəzrin Vahid