Modern.az

Nazir bu rejissorun başına 100 min dollar pul qoydu

Nazir bu rejissorun başına 100 min dollar pul qoydu

23 Sentyabr 2012, 01:03

Müsəlman dünyasının qəzəbinə səbəb olan “Müsəmanların məsumiyyəti” filminin yaradıcısının başına 100 min dollar pul qoyulub. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Pakistanın dəmir yolu naziri Hacı Qulam Əhməd Bilur  filim yaradıcısını öldürənə 100 min dollar pul verəcəyini vəd edib.

Nazir həmçinin bəyan edib ki,  müsəlmanları təhqir etdiyi üçün sözügedən filmin rejissoru  öldürülməlidir. Hacı Qulam Əhməd Bilur  “Taliban” və “Əl Qaidə” terror qruplaşmalarına da Amerikalı rejissorun öldürülməsini ilə bağlı müraciət edib.

Qeyd edək ki, internet vasitəsi ilə yayımlanan “Müsəmanların məsumiyyəti”filmi Məhəmməd peyğəmbəti təhqir etdiyi üçün müsəlman dünyasınının ciddi narazılığına səbəb olub. Bir sıra müsəlman ölkələrində filmə etiraz olaraq ABŞ səfirliklərinə silahlı basqınlar edilib. Bu ölkənin Liviyadakı səfiri isə narazı kütlə tərəfindən  yandırılaraq öldürülüb.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir