Modern.az

Səfirlərin görüşü başa çatdı

Səfirlərin görüşü başa çatdı

23 Sentyabr 2012, 15:19

Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin 4-cü müşavirəsi bu gün başa çatıb. Modern.az-ın məlumatına görə, müşavirədə Milli Məclisin sədri  Oqtay Əsədov, Təhsil naziri Misir Mərdanov, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev və Diaspora Komitəsinin sədri Nazim İbrahimov çıxış ediblər.

Qeyd edək ki, səfirlərlə görüşdə parlamentlərarası əlaqələrin genişləndirilməsi, təhsil, mədəniyyət, turizm və xaricdəki diaspora ilə əlaqədar Azərbaycanın siyasi kursunun həyata keçirilməsi ətrafında geniş müzakirələr aparılıb.

Xatırladaq ki, ölkə başçısı İlham Əliyevində iştirak etdiyi diplomatik xidmət orqanlarının IV müşavirəsi sentyabrından 21-dən öz işinə başlamışdı.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu