Modern.az

Azərbaycanda gecə ilə gündüz bərabərləşdi və...

Azərbaycanda gecə ilə gündüz bərabərləşdi və...

Aktual

23 Sentyabr 2012, 23:17


Şərq xalqlarının həyatında təbiət hadisələrinin özünəməxsus rolu olub ki, bunun nəticəsində də bir sıra ayin və mərasimlər yaranıb. Eləcə də Azərbaycanda təbiət hadisələri xalqın inanclarında özünəməxsus yer tuturş. Xalq arasında uzun illərin müşahidələri əsasında formalaşan qeyri-rəsmi təqvimə görə, sentyabrın 22-23-də payız fəsli başlayıb.  Nəzərə alsaq ki, baharın gəlişini – Novruzu 21 martdan hesablayırıq, onda yayın iyunun 22-dən, payızın sentyabrın 22-dən, qış fəslinin isə dekabrın 22-dən başladığını əminliklə söyləmək olar.

Beləliklə sentyabrın 22-dən Azərbaycanda payız fəsli başlayıb. Həmin gün həm də payız gecə-gündüz bərabərliyi baş verib. Yəni gecə ilə gündüz sutkanı yarıbayarıya – hər birinə 12 saat olmaqla – bölüblər. Bu gündən başlayaraq, gecə uzanacaq, gündüz qısalacaq.

Yer oxunun ekvator müstəvisinə meylliliyi gecə və gündüzün qeyri-bərabər olmasına, fəsillərin yaranmasına səbəb olub. Yerin Günəş ətrafında hərəkəti ilə bağlı olaraq illər, fəsillər əmələ gəlir. İstilik, işıqlanma və iqlim qurşaqları yaranır. Canlıların həyatında böyük dəyişikliklər baş verir.

Qeyd edək ki, ildə bir dəfə payız gecə-gündüz bərabərliyi, bir dəfə isə yaz gecə-gündüz bərabərliyi baş veriri. Yaz gecə-gündüz bərabərliyi martın 21-nə təsadüf edir.

Dədə-babalarımız da tarixən payızın başlanğıcını elə bu gündən hesablayıblar....

A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır