Modern.az

Bu yolda təmir var

Bu yolda təmir var

11 May 2021, 14:57

Bu gün Ziya Bünyadov prospektindən Heydər Əliyev prospektinə düşən hissədə yol ötürücü üzərində təmir işləri aparılacaq.

 

Modern.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, sözügedən ərazidə işlər yekunlaşandan sonra Mikayıl Əliyev küçəsindən Heydər Əliyev prospektinə düşən hissədə də yol ötürücüsü üzərində təmir işlərinin aparılması planlaşdırılır.

 

Bu səbəbdən təmir işləri aparılan müddətdə yol ötürücüləri üzərində hərəkət məhdudlaşdırılacaq. Təmir işlərinin axşam saatlarınadək aparılıb yekunlaşdırılması nəzərdə tutular.

 

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI