Modern.az

Afaq Bəşirqızı xəstəxanaya yerləşdirildi

Afaq Bəşirqızı xəstəxanaya yerləşdirildi

24 Sentyabr 2012, 10:30

Modern.az saytı xəbər verir ki, Musiqili Komediya Teatrının aktrisası, Xalq artisti Afaq Bəşirqızı xəstəxanaya yerləşdirilib. Hadisə ötən gecə baş verib. Belə ki, dünən axşam Musiqili Komediya Teatrında “7 məhbusə anası” tamaşasında baş rolu ifa edən Afaq xanımın halı qəflətən pisləşib. Hətta bu səbəbdən tamaşada fasilə də yaranıb.
Musiqili Komediya Teatrından Modern.az-a bildirilib ki, tamaşadan dərhal sonra Afaq Bəşirqızı Neftçilər xəstəxanasına aparılıb və müalicəsi üçün oraya yerləşdirilib. Hazırda onun vəziyyətinin stabillləşdiyi bildirilir. Aktrisaya ürək-damar çatışmazlığı diaqnozu qoyulub.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir