Modern.az

Prezident və xanımı Tatarıstan liderinə başsağlığı verdi

Prezident və xanımı Tatarıstan liderinə başsağlığı verdi

Aktual

11 May 2021, 18:50

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanova başsağlığı məktubu göndəriblər.

 

Modern.az-ın məlumatına görə, başsağlığı məktubunda deyilir:

 

“Hörmətli Rüstəm Nurqaliyeviç.

 

Kazan şəhərindəki 175 nömrəli məktəbdə atışma nəticəsində uşaqların və yaşlıların həlak olması haqqında xəbəri dərin hüznlə qəbul etdik.

 

Bu əvəz edilməz itkiyə görə dərdinizə şərik olaraq Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən baş sağlığı verir, zərər çəkənlərin hamısının tezliklə sağalmasını arzu edirəm”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir