Qaragöl ətrafında baş verən proseslər getdikcə qəlizləşir.
- Paşinyana seçki öncəsi kiçik qələbə lazımdır. Moskva buna şərait yaratmayacaq.
- - Rusiya məsələnin bizim xeyrimizə həllini də istəmir, daha çox mübahisəli ərazi kimi qalmasında, Qarabağda üçtərəfli razılaşmalar yerinə yetirildikdən sonra iki ölkə arasında “hakim” rolunu gücləndirmək üçün istifadə etməkdə maraqlıdır.
- KTMT Paşinyanın müraciətinə yaxın günlərdə baxacağını açıqlayıb, təşkilat məsələni uzatmağa, vaxt qazanmağa çalışacaq, çünki Moskva indi tərəf olmaq istəmir.
- Ermənistan KTMT-ni fakt qarşısında qoymaq üçün sərhəd bölgəsində silahlı təxribata əl ata bilər;
- Paşinyan Putindən hərbi yardım istəyib. Burada üç hədəf var.
- 1. Bakı-Moskva münasibətlərində Kremli çətin vəziyyətə salmaq;
2. Putin hərbi yardım istəyinə müsbət cavab verərsə, məsələdə “hakim” yox, tərəf rolunda yer alacaq və bu situasiya lazım olacağı təqdirdə Bakının Ankaranı da oyuna daxil etməsinə zəmin yarada bilər; bu, Qarabağ məsələsini birgə həll edən Türkiyə ilə Rusiyanın üz-üzə qoyulması deməkdir və Ankaranın müstəqil siyasətində Moskvanı alternativ seçim kimi istifadə etməsini qəbul etməyən ABŞ-ın, eləcə də Şərqi Aralıq dənizindəki proseslərdən etibarən Türkiyəyə qarşı əks-cəbhədə yer alan Fransanın marağındadır;
3. Putinin hərbi yardıma mənfi cavabı Paşinyana seçkilərdə bu amildən Rusiyanın dəstəklədiyi rəqiblərinə qarşı istifadə etməyə, seçkidən sonra Rusiya və ittifaqlarından uzaqlaşmaq üçün səbəb kimi göstərməyə şərait yaradır;
- ABŞ Dövlət Departamenti Azərbaycan qoşunlarının bölgədən geri çəkilməsi çağırışını edib. Dünən məsələyə neytral mövqe göstərən Vaşinqtonun bir gün sonra tərəf seçməsi nədən qaynaqlanır?
- Paşinyanın seçkiöncəsi kiçik qələbə qazanmağını və bundan seçkidə istifadə etməsini istəyir;
2. “Soyqırımı” məsələsindən sonra ikinci jesti edir və bu, bölgədə Bakı və Ankara ilə uzlaşma olmayacağı təqdirdə, Ermənistan üzərindən hərəkətə keçmək imkanlarının hazırlanmasına hesablanıb;
3. Belə dəstək Rusiyanı Ermənistanın mövqeyini dəstəkləməyə sövq etmək, beləliklə, tərəf olmasına və Ankara ilə Moskvanın üz-üzə qoyulmasına zəmin hazırlamaq gedişidir;
Mümkün riskləri dəyərləndirən Bakı sərhəddə gərginlik istəmir. Hərçənd, səssizliyinin arxasında fərqli manevrlərinin olduğu da istisna deyil. Qarşıdakı dövrdə Qarabağda baş verə biləcək prosesləri izləyək...
Asif Nərimanlı