Modern.az

Rusiya MN-dən sülhməramlılarla bağlı yeni AÇIQLAMA

Rusiya MN-dən sülhməramlılarla bağlı yeni AÇIQLAMA

Qarabağ

16 May 2021, 21:10

“Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir”.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) Dağlıq Qarabağ münaqişəsi zonasındakı Rusiya sülhməramlı kontingentinin mayın 16-na olan fəaliyyəti ilə bağlı məlumatında deyilir.

 

“İyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyəti izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər.

Atəşkəs bütün təmas xəttində müşahidə olunur” – açıqlamada bildirilir.

 

Məlumata görə, bu gün Rusiya sülhməramlı kontingentinin nümayəndələri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin altı karvanını müşayiət ediblər: “Dördü şimal və cənub istiqamətində Laçın dəhlizindən, Şuşa – Qırmızı Bazar - Qacar marşrutu boyunca bir karvan, digəri isə əks istiqamətdə”.

 

Bildirilib ki, rus sülhməramlıları vətəndaşların təhlükəsiz hərəkətini və mülki infrastrukturun bərpasını təmin edirlər:

 

“23 noyabr 2020-ci il tarixindən bəri Humanitar Minalardan Təmizləmə Mərkəzinin mühəndis qrupları 2321 hektar ərazini, 657,3 km yolu, 1844 binanı (30 sosial əhəmiyyətli obyekt daxil olmaqla) partlamamış hərbi sursatlardan təmizləyib və 25 613 partlayıcı aşkar edərək zərərsizləşdirilib”.

  

Qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq, səyləri koordinasiya etmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.

 

Turan ASLAN

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?