Modern.az

Xamneidən çağırış: “Peyğəmbərə hörmətsizlik edənləri cəzalandırın”

Xamneidən çağırış: “Peyğəmbərə hörmətsizlik edənləri cəzalandırın”

25 Sentyabr 2012, 10:34

İranın ali dini lideri ayətullah Əli Xamnei İslam peyğəmbəri Hz. Məhəmmədə, İslam müqəddəslərinə  hörmətsizlik edənlərə qarşı tədbirlərin görülməsi üçün təkliflərini açıqlalyıb. Modern.az  Xamneinin rəsmi saytına istinadən bildirir ki, dini lider bütün məsuliyyəti ABŞ-ın daşıdığını bəyan edib.

“Dünyada baş verənlər, İslam ölkələrinin işğal edilməsi, müsəlmanların qanlarının axıdılması aydın şəkildə göstərir ki, bu hörmətsizliklərin arxasında ABŞ və sionistlər dayanır”-deyə Xamnei vurğulayıb.

Dini lider bu halların təhlükəli nəticələri ola biləcəyini qeyd edərək 6 bənddən ibarət tədbirlər planını açıqlayıb. Xamnei bu cinayələri törədənlərə qarşı hüquq çərçivəsində mübarizə aparmağa, onların cəzalandırılmasına çağırıb.

 Bununla yanaşı, İran lideri İslam əleyhdarlarına qarşı Hz. Peyğəmbərin ətrafında müsəlmanların vəhdətini təmin etmək göstərişini verib. O həmçinin müsəlmanlar və xristianlar arasında yarana biləcək hər növ münaqişədən uzaq olmağı tapşırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir