Arxiv
17 May 2021, 18:40 | AKTUAL
BNA “Həyat dolu küçələr” kampaniyasına başlayıb

May ayının 17-dən 23-nə kimi BMT-nin altıncı Qlobal Yol Təhlükəsizliyi Həftəsi keçirilir.

 

Modern.az xəbər verir ki, bu münasibətlə Bakı Nəqliyyat Agentliyi, BMT-nin Azərbaycandakı Nümayəndəliyi və Ümumdünya Səhiyyə Təşkilatının Ölkə Ofisi “Həyat dolu küçələr” kampaniyasına başlayıb . Kampaniyanın əsas şüarı piyadalar, velosipedçilər və digər yol hərəkəti iştirakçılarının sıx olduğu küçələrdə avtomobillərin sürətinin 30 km/saat-a endirilməsidir.

 

Mayın 17-də video-konfrans formatında kampaniyanın açılış tədbiri oldu. Tədbirdə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai, ÜST-nin Azərbaycandakı nümayəndəsi Dr Hande Harmancı, İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyasının Baş Katibi Mohamed Mezqghani və müvafiq dövlət qurumlarının məsul şəxsləri iştirak ediblər.

 

Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli “Həyat dolu küçələr” şüarı altında keçirilən kampaniya və tədbirlərin paytaxtda yol-piyada təhlükəsizliyinin, mobillik imkanlarının və şəhərin piyada yönümlülüyünün artırılmasına töhfələr verəcəyinə ümid etdiyini deyib. Sədr Təhlükəsizlik həftəsinin keçirilməsinin əhəmiyyətini qeyd edərək bunun dövlətin yol-piyada təhlükəsizliyinə dair milli proritetlərinə uyğun olduğunu bildirib. O, qeyd edib ki, bütün sahələrdə o cümlədən şəhər nəqliyyat sistemindəki siyasətin əsasını insan inkişafı və vətəndaş məmnuniyyətinin təmin edilməsi təşkil edir. 

 

Kampaniyanın əhəmiyyətini qeyd edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib ki, avtomobil yollarında ölüm riskini azaltmaq Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq baxımından çox vacibdir. Bununla insan sağlamlığının və təhlükəsizliyinin təmin olunması, dayanıqlı şəhərlərin yaradılması, yoxsulluq, eləcə də ölkələr arasında və ölkələrin daxilində bərabərsizliyin azaldılması kimi məqsədlərə nail olmaq mümkündür.

 

İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyasiyanın Baş katibi Məhəmməd Mezqani isə diqqəti avtomobillərin tutuduğu geniş şəhər ərazisindən daha səmərəli istifadənin mümkünlüyünə yönəldib. Baş katibin qənaətincə bu ərazilərin piyadalar, velosipedçiləri və ictimai nəqliyyat istifadəçiləri üçün ayrılması daha faydalı olar. Bu şəhər mobilliyinin inkişaf etdirilməsi və şəhər mühitinin qorunması baxımından əhəmiyyətlidir. Onun sözlərinə görə mobillik şəhəri qoruyaraq insanların hərəkətliliyini təmin etməyə kömək edir.

 

Məhəmməd Mezqani qeyd edib ki, nəqliyyat sıxlığına, atmosferə zərərli tullantıların atılmasına qarşı və təhlükəsizliyin təmin olunması üçün kompleks yanaşma olmalıdır.  Bu yanaşma şəhərlərdə insanların hərəkətini avtomobillərdən daha üstün tutmalı, sağlam həyat tərzi də daxil olmaqla təhlükəsizliyi təmin etməlidir.

 

İctimai nəqliyyata xərc kimi deyil sərmayə kimi baxılmasının doğru olduğunu deyən Məhəmməd Mezqani vurğulayıb ki, yol infrastrukturuna qoyulan investisiya ilə müqayisədə, ictimai nəqliyyata qoyulan eyni məbləğdə investisiya 25% daha çox iş yerinin yaranmasına zəmin yaradır. Baş katibin fikirincə ictimai nəqliyyat yol hərəkəti təhlükəsizliyini  də artırır. Şəxsi nəqliyyat vasitələri ilə müqayisədə burada təhlükəsizlik 4 qat daha yüksəkdir.

 

Baş katib xarici şəhərlərin təcrübəsindən nümunə göstərərək avtobus zolaqlarının vacibliyinə də toxunub. Bildirib ki, zolaqların mövcudluğu insanlara əlavə vaxt imkanları qazandırır vaxt isə müasir dövrdə ən dəyərli kapitaldır.

 

İctimai nəqliyyatdan istifadənin digər bir üstünlüyü isə ekoloji faktorlarla  bağlıdır. Belə ki, hər bir nəfər sərnişinə düşən enerji sərfiyyatı fərdi nəqliyyat vastələri ilə müqayisədə 3-4 dəfə daha azdır və buna görə daha az CO2 emissiya edir.

 

Yol-nəqliyyat qəzaları uşaqlar və gənclər arasında ölüm hallarının əsas səbəbidir. Bu fikri ÜST-nin Azərbaycandakı nümayəndəsi Dr Hande Harmancı öz çıxışında qeyd edib. Yol təhlükəsizliyinə vahid yanaşmanın lazım olduğunu bildirən ÜST təmsilçisi şəhərlərdə aşağı sürətin üstünlüklərini vurğulayıb, piyadaların, velosipedçilərin və digər yol iştirakçılarının təhlükəsizliyi üçün sürət həddini 30 km/saat ilə məhdudlaşdırmağa çağırıb. Xanım Harmancı Ümumdünya Səhiyyə Təşkilatının yerli və beynəlxalq tərəfdaşlarla birlikdə üzv ölkələrə yol təhlükəsizliyi siyasətinin planlaşdırılması, tətbiqi və qiymətləndirilməsində dəstək göstərdiyini də əlavə edib.

 

Tədbirdə müvafiq dövlət qurumlarının  məsul şəxsləri də çıxış edib. Onlar küçələrin daha təhlükəsiz olması üçün aşağı sürətin və insanların maarifləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, kampaniya çərçivəsində müxtəlif tədbirlər o cümlədən də avtobus dayanacaqlarında və sosial mediada maarifləndirici posterlər yayımlanacaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şamaxıda zəlzələ oldu 21 İyun 2021, 00:59 Simonyanın uşaqları türkləri öldürməyə çağırdı - VİDEO 21 İyun 2021, 00:52 Bakıda piyadanı maşın vurub öldürdü 21 İyun 2021, 00:41 Köçəryanın bloku İrəvanda liderlik edir 21 İyun 2021, 00:27 Ermənistanda seçki pozuntuları barədə prokurorluqdan açıqlama 21 İyun 2021, 00:20 Zuber Bakıda Altıntopun rekordunu yenilədi 21 İyun 2021, 00:06 17 yaşlı qız məzun gecəsində bıçaqlandı 20 İyun 2021, 23:53 Batmaqda olan 11 nəfər xilas edildi 20 İyun 2021, 23:42 Ermənistanda seçkilərin ilkin nəticələri AÇIQLANDI 20 İyun 2021, 23:27 Türkiyədə daha 63 nəfər virusdan öldü 20 İyun 2021, 23:13 Formula 1 üzrə Fransa Qran Prisinin qalibi müəyyənləşdi 20 İyun 2021, 22:59 Paşinyanın partiyası liderlik edir - YENİLƏNİB 20 İyun 2021, 22:46 ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır 20 İyun 2021, 22:39 Şenol Günəşi istefaya çağırdılar 20 İyun 2021, 22:26 Teymur Rəcəbov səkkizinci oldu 20 İyun 2021, 22:10 Türkiyə millisi yenə uduzdu 20 İyun 2021, 21:55 Azərbaycan millisi Avropa çempionu oldu 20 İyun 2021, 21:48 Gəncədə piyadanı maşın vurdu 20 İyun 2021, 21:37 Bakıda yol qəzası - xəsarət alanlar var 20 İyun 2021, 21:21 Cüdoçularımız Avropa kubokunda 3 medal qazandı 20 İyun 2021, 21:04 "Ermənistan qonşularına ərazi iddialarını dayandırmalıdır" - Çavuşoğlu 20 İyun 2021, 20:50 Van Damm Azərbaycan milli rəqsini oynamağı öyrənir – VİDEO 20 İyun 2021, 20:34 Ermənistanda səsvermə başa çatıb 20 İyun 2021, 20:20 İsraildə Ermənistan əleyhinə aksiya keçirildi - FOTO 20 İyun 2021, 20:13 Bakıda Türkiyə-İsveçrə matçı başladı 20 İyun 2021, 20:01 Dövlət qulluğu və doktoranturaya bugünkü qəbul imtahanları başa çatdı 20 İyun 2021, 18:08 Kənd müəllimindən unikal addım - Təhsilsiz valideynlərə dərs keçəcək 20 İyun 2021, 17:58 FİFA prezidenti Bakıya gəlir 20 İyun 2021, 17:44 Tovuzda qəza: iki minik avtomobili toqquşdu 20 İyun 2021, 17:30 İranda təyyarə qəzası: ölənlər var 20 İyun 2021, 17:19 Bakıda mağaza yandı 20 İyun 2021, 17:08 XİN rəhbərindən sərhəd məsələsinin üçün YENİ TƏKLİF 20 İyun 2021, 16:59 Bakıdakı toz dumanı normadan beş dəfə çox artdı 20 İyun 2021, 16:51 Ceyhun Bayramov Şuşa Bəyannaməsindən danışdı: "Uzun illər danışılacaq" 20 İyun 2021, 16:43 Vaksinasiyadan keçənlərin bu günkü statistikası 20 İyun 2021, 16:30
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?