Modern.az

Baydenlə Netanyahu İsrail-Fələstin müharibəsini müzakirə etdi

Baydenlə Netanyahu İsrail-Fələstin müharibəsini müzakirə etdi

Aktual

18 May 2021, 08:08

ABŞ Prezidenti Co Bayden və İsrail Baş naziri Binyamin Netanyahu arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə “RİA Novosti” informasiya agentliyi məlumat yayıb.

 

Məlumata görə, amerikalı lider İsrailin seçilməmiş raket hücumlarına qarşı özünümüdafiə hüququnu dəstəklədiyini təkrarlayıb. O, İsraili günahsız mülki şəxslərin müdafiəsini təmin etmək üçün əlindən gələni etməyə çağırıb.

 

Liderlər, həmçinin İsrailin HƏMAS və digər terror qruplarına qarşı Qəzzadakı hərbi əməliyyatlarında irəliləyişləri müzakirə ediblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır