Arxiv
18 May 2021, 11:10 | AKTUAL
Azərbaycanlı jurnalist Ərəb mediasında ermənilərin məscidlərimizi təhqir etməsindən YAZDI

Jurnalist Pərvanə İbrahimovanın Misirin nüfuzlu “Nilenews” və Əlcəzairin “Əl Hərir” portallarında “Ermənilər tərəfindən Azərbaycan məscidlərinin murdarlanması mədəni irsə barbar münasibətdir” sərlövhəli geniş məqaləsi dərc olunub.


Modern.az
xəbər verir ki, məqalədə 1988-1993-ci illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ ərazisi və onun ətrafındakı 7 rayonun işğal edilməsi faktına diqqət çəkilir, Azərbaycan ərazisinin 20 faizinin itirilməsi, qaçqınların və məcburi köçkünlərin sayının 1 mln. nəfəri keçməsi qeyd olunur.


Müəllif BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə, ATƏT-in Minsk qrupunun fəaliyyətinə toxunur, İslam Əməkdaşlıq Təşkilatının Ermənistanı təcavüzkar dövlət kimi tanıyan qətnamələrin müəllifi olduğuna diqqət çəkir. Qeyd edir ki, Birinci Qarabağ müharibəsindən ikinci Qarabağ müharibəsinədək olan müddətdə Azərbaycan münaqişənin beynəlxalq hüququn prinsipləri əsasında həlli üçün çox mühüm baza yaradıb, sadəcə münaqişəyə ikili yanaşma onun həllinin 30 il müddətində nizama salınmaması ilə nəticələnib.


44 günlük Vətən Müharibəsində Azərbaycanın təkcə hərbi sahədə deyil, diplomatik arenada və informasiya müharibəsində də birmənalı qələbə qazanmasına diqqət çəkən müəllif Prezident İlham Əliyevin dünyanın əsas informasiya resurslarına, nəhəng media korporasiyalarına müsahibələri, bəzən qərəzli, birtərəfli mövqe əks etdirən suallara təmkin, səbr nümayiş etdirərək tarixi fakt və dəlillərə söykənmiş cavabları ilə ölkəmizin haqq səsini bir daha bütün dünyaya nümayiş etdirməsini xüsusi olaraq vurğulayır.


Həmçinin qeyd edilir ki, erməni qəsbkarları Qarabağda bütün tarixi, mədəni, dini abidələri -  məscidlər, türbələr, qəbiristanlıqlar, məzarüstü abidələri məhv edib, Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidini dağıdaraq yararsız hala salıb, içərisində ev heyvanları, o cümlədən donuz saxlanılıb ki, bu da Ermənistanın bəşəri dəyərlərə olan mənfi münasibəti ilə yanaşı, xalqımızın, bütövlükdə  müsəlman dünyasının dini dəyərlərinə hörmətsizlik, 1954-cü ildə Haaqada qəbul edilmiş “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya”ya ziddir.


Müəllif qeyd edir ki, Prezident İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva Ağdam məscidinin düşmən tərəfindən vəhşicəsinə dağıdılmasını, təhqir edilməsini böyük üzüntü ilə seyr edib, dövlət başçısı Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışlayaraq bu torpaqlara Azərbaycan xalqının, onun şəhidlərinin canı, qanı bahasına, qəhrəmanlarının şücaəti hesabına  dönməyin mümkün olduğunu vurğulayıb: “Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam. Bir dəfə rəhmətlik atamla, üç dəfə isə Prezident kimi. Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər müqəddəs Kəbənin içində dualar etmişəm. Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi”.


Erməni vandalizminin dünyanın müxtəlif ölkələrindəki müsəlman icmalarının, o cümlədən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) narazılığına səbəb olduğunu qeyd edən jurnalist təşkilatın Xarici İşlər Nazirləri Şurasının 47-ci iclasında qəbul edilən qətnaməyə, İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin başçılıq etdiyi nümayəndə heyətinin işğaldan azad olunmuş ərazilərə səfərinə toxunaraq onların İslam dini abidələrinin bu cür təhqir olunmasının insanlıqla bir araya sığmadığı ilə bağlı fikirlərinə diqqət çəkir.


Məqalədə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Qarabağ ərazisində xalqımızın milli sərvəti olan dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başlanıldığı qeyd edilir, yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki erməni işğalından zərər çəkmiş ziyarətgahların bərpası, konservasiyası və yenidən qurulmasının həyata keçiriləcəyi vurğulanır.


Müəllif onu da qeyd edir ki, “İkinci Qarabağ müharibəsində Azərbaycan prezidenti, Azərbaycan dövləti, ordusu, xalqı birləşərək bir tarix yazdı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi bu, güc, əzm, iradə, cəsarət, mətanət, milli ruh hesabına baş verdi.


Jurnalist məqaləni belə bitirir: “Çox şükür ki, biz öz əzəli torpaqlarımıza qayıtdıq. Biz Qarabağı Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyilə yenidən çiçəkləndirəcək, yaşayış üçün yararlı, turistlər üçün görməli məkana çevirəcəyik”.


Məqalə xəbər resurslarının əsas başlığında yer alıb və məscidlərin təhqir olunmasını əks etdirən fotoşəkillərlə təqdim edilib.

Yazılara bu linkdən daxil olmaq mümkündür:

https://alharir.info/%D8%AA%D8%AF%D9%86%D9%8A%D8%B3-%D8%A7%D9%84%D8%A3%D8%B1%D9%85%D9%86-%D9%84%D9%84%D9%85%D8%B3%D8%A7%D8%AC%D8%AF-%D8%A7%D9%84%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86%D9%8A%D8%A9-%D9%85%D9%88/


https://www.nile1.com/%d8%af-%d8%a8%d8%a7%d8%b1%d9%81%d8%a7%d9%86%d8%a7-%d8%a5%d8%a8%d8%b1%d8%a7%d9%87%d9%8a%d9%85%d9%88%d9%81%d8%a7-%d8%aa%d9%83%d8%aa%d8%a8-%d8%aa%d8%af%d9%86%d9%8a%d8%b3-%d8%a7%d9%84%d8%a3%d8%b1%d9%85/?fbclid=IwAR2dZ5n8poLNsVQpLmbA1QXb6TumIBYhUlFelGoo-Q5KTtSQpj2Px1-rRtc
 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Pakistan azad edilmiş ərazilərin bərpasında iştirak edəcək 19 İyun 2021, 13:16 Ruhani yeni seçilən İran prezidentini təbrik edib 19 İyun 2021, 13:09 Ermənistanda burulğan öncəsi “sükut” – Paşinyan “Qarabağ klanı” ilə həlledici DÖYÜŞƏ ÇIXIR 19 İyun 2021, 12:57 Daha 2 qazi yüksək texnologiyalı protezlərlə təmin edib - FOTO 19 İyun 2021, 12:42 Avtomobil bazarında son vəziyyət necədir? 19 İyun 2021, 12:40 Əli Əsədov Füzuli, Laçın və Zəngilan aeroportları ilə bağlı QƏRAR VERDİ 19 İyun 2021, 12:34 Ceyhun Bayramov Antalyadan dünyaya SƏSLƏNDİ: “Qarabağ münaqişəsi başa çatıb” 19 İyun 2021, 12:16 Sabah Azərbaycanda 40 dərəcə isti olacaq 19 İyun 2021, 11:47 Azərbaycanada 1 tondan artıq hind quşu dərisi yararsız çıxıb 19 İyun 2021, 11:45 Azərbaycanda benzin istehsalı azalıb 19 İyun 2021, 11:27 Tarixdə şəxsiyyətlərin rolu və qısqanclıq sindromu 19 İyun 2021, 11:15 İcra başçısı abadlıq işləri ilə yerində tanış oldu 19 İyun 2021, 11:06 İranda prezident seçkilərinin ilkin nəticələri… 19 İyun 2021, 10:59 Bakı Təhsil İdarəsinin yeni sektor müdirləri - Adlar 19 İyun 2021, 10:46 Azərbaycan neftinin qiymətləri dəyişib 19 İyun 2021, 10:44 Şuşada 7 tondan artıq çətənə kolu məhv edilib  19 İyun 2021, 10:38 AMEA-da 6 yeni TƏYİNAT 19 İyun 2021, 10:36 Şirvanda tanışını qətlə yetirən şəxs tutulub 19 İyun 2021, 10:23 "Danışa bilmir" deyilən Əkrəm Əylislidən AÇIQLAMA 19 İyun 2021, 10:10 Azərbaycan-Türkiyə: Xarüqələr yaradan birlik 19 İyun 2021, 10:05 “Əlçatan metro” xidməti - Kim, necə İSTİFADƏ EDİR 19 İyun 2021, 10:03 Rusiya Azərbaycana aviareyslərin sayını artıracaq 19 İyun 2021, 09:50 Azərbaycanın ən çox mal satdığı ölkələr - STATİSTİKA 19 İyun 2021, 09:37 İranın yeni prezidenti MƏLUM OLDU 19 İyun 2021, 09:35 Mübariz İbrahimovun şəhadətindən 11 il ötür - TARİX 19 İyun 2021, 09:25 Rusiyada təyyarə qəzası: 7 ölü, 13 yaralı 19 İyun 2021, 09:14 Ceyhun Bayramov İraqın xarici işlər naziri ilə görüşüb 19 İyun 2021, 08:44 İngiltərə Şotlandiya ilə bacarmadı 19 İyun 2021, 00:59 Bakıda uşağı elektrik cərəyanı vurdu 19 İyun 2021, 00:44 Ceyhun Bayramov Qaqauziyanın rəhbəri ilə görüşdü 19 İyun 2021, 00:31 UEFA-nın tövsiyəsi fitə basıldı 19 İyun 2021, 00:15 Bu gün Bakıda avtobuslar işləməyəcək 19 İyun 2021, 00:01 Türkiyənin gəmi əleyhinə raketi sınaqdan keçirildi - VİDEO 18 İyun 2021, 23:48 Kürdə batmaqda olan şəxs xilas edildi 18 İyun 2021, 23:33 Xırdalanda 7 yaşlı uşağı maşın vurdu 18 İyun 2021, 23:17
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?